BDU-da 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi başlayıb

12/10/2013

Bu gün BDU-da 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi başlayıb. Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe və xanımı Atsuko Vatanabe müsabiqədə içtirak ediblər. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə açılış nitqi söyləyib. Professor artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb və səfirə təşəkkür edib. A.Kazımzadə  bildirib ki, artıq universiteti yapon dili və ədəbiyyatı üzrə 70 nəfər bakalavr, 11 nəfər isə magistr pilləsində başa vurub. Hazırda 3 nəfər Yaponiyada magistr təhsili alır. Səfir Şusuke Vatanabenin çıxışından sonra müsabiqə qaydaları izah edilib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub. Sonra münsiflər heyəti balları hesablayıb və yerlər müəyyən edilib. İlk 5 yerin sahibinə mükafatlar təqdim edilib.

Mətbuat və İnformasiya şöbəsi, 12 oktyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!