Almaniyanın Beynəlxalq miqrasiya və inkişaf Mərkəzinin proqram koordinatoru və Almaniyanın Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin rəhbəri BDU-da olublar

16/05/2012

15 may 2012-ci il tarixində Almaniyanın Beynəlxalq miqrasiya və inkişaf Mərkəzinin proqram koordinatoru Elizabeth Richter M.A. və Almaniyanın Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP)-nın rəhbəri Dr.Kristian Gönner Bakı Dövlət Universitetində olmuşdurlar. Görüşdə universitetin yeni yaradılmış Bioekologiya kafedrasında “bioekologiya” ixtisası üzrə beynəlxalq standartlara uyğun hazırlanmış proqram çərçivəsində gələcəkdə ingilis dilində tədrisin həyata keçirilməsi  üçün ekspertlərin 2 il müddətində BDU-da çalışması üçün  müzakirələr aparılmışdır. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor prof.İ.N.Əliyeva, elm və innovasiyalar üzrə prorektor prof.A.H.Kazımzadə və Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti F.V.Sultanzadə iştirak etmişdirlər.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!