40-dan çox filoloq Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransına qatılıb

05/05/2017

Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq elmi konfransı keçirilib. Konfransa Azərbaycanla yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya kimi 20 ölkədən 700 nəfər gənc tədqiqatçı məruzə ilə qatılıb.

Konfransda Filologiya fakültəsinin 40-dan çox tələbəgənc əməkdaşı BDU-nu uğurla təmsil edib. “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, TEB-in sədri Pərvin Eyvazov, Azərbaycan dilçiliyi kafedrasının müəllimi, fil.f.d. Səbinə Vəliyeva, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşı Gülarə Şirinova, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova, doktorant Jalə Nağıyeva, tələbə və magistrantlardan Könül Xəlilzadə, Zülfiyyə Ağayeva, Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Havva Əhmədova, Elfanə Qəniyeva, Jalə Rüstəmova, Nigar Əliyeva, Günel Quliyeva, Günay İsmayılova, Sevda Babayeva, Elnur Soltanlı, Gözəl Məmmədli, Elnarə Talıbova, Türkan Mahmudova, Sabah qruplarından Türkan İsmayılbəyli, Nərgiz Qarayeva, Elza Məmmədova, Rəhimə xanım  Mürvətova və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının, türkologiyanın aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar, konfransın proqramı və materiallar toplusu təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 05 may, 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!