31 MART SOYQIRIMI QURBANLARI ANILDI

31/03/2011

Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Soyqırımı aktını xalqımıza qarşı ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirən rektor, akademik Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib. Rektor bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar.

A.Məhərrəmov bildirib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazım qiymət verilməmiş, dünyaya çatdırılmamışdı. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi. Hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir, böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparılır, 10 illiklər boyu formalaşmış stereotiplər və yanlış siyasi yanaşmalar dəyişdirilməyə çalışılır.

Daha sonra tədbirdə tələbələr - Günel Vəliyeva, Valeh Nəbiyev, Riad Rüstəmli, Rahu Qurbanova, Səbuhi Salamov və Baba Əliyev çıxış ediblər. Anım mərasiminin sonunda tələbə Tuncay Musazadə  şeirlər söyləyib, slaydlar nümayiş etdirilib.

Mətbuat və İnformasiya şöbəsi, 31 mart 2011-ci il.

(Material AzərTac, APA, Azadinform, SİA, modern.az,  SalamNews,  Media forum, News.24.az, informasiya agentliklərində, xəbər portallarında və  "Yeni Azərbaycan",  "Azərbaycan müəllimi", "Respublika", “525-ci qəzet”, "Komsomolskaya pravda" qəzetlərində də yayımlanıb – 31 mart-01 aprel 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!