Müseyib Müseyibovun 85 illik yubileyi qeyd edilib

17/05/2012

Bu gün Bakı Dövlət Universitetində görkəmli coğrafiyaşünas  alim, əməkdar elm xadimi Müseyib Müseyibovun 85 illik yubileyi münasibətilə «Qloballaşma və coğrafiya» adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Əvvəlcə coğrafiya fakültəsində M.Müseyibovun barelyefinin və adına auditoriyanın açılışı olub.

Sonra konfrans öz işinə başlayıb.  Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Müseyib Müseyibovun həyatının əsas hissəsinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu deyib, onun çətin və şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, Azərbaycanda coğrafiya elminin  inkişafında xüsusi xidmətləri olan görkəmli alim 1960-cı ildən «Fiziki coğrafiya» kafedrasının  müdiri, 1999-cu  ildən 2011-ci ilə qədər isə Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov M.Müseyibovun elmi-pedaqoji fəaliyyəti ilə bağlı məruzə edib. Sonra akademik Budaq Budaqov onun coğrafiya elminin inkişafındakı rolundan  bəhs edib. “Tovuz” xeyriyyə cəmiy­­yətinin sədri Qəzənfər Paşayev, professor Tofiq Hacıyev də alimlə bağlı xatirələrini bölüşüblər.

Konfransın sonunda Müseyib Müseyibovun ailə üzvləri və yaxınları akademik Abel Məhərrəmova və yubiley təşkilatçılarına öz minnətdarlığını bildiriblər.

Qeyd edək ki, konfransin işində AMEA-nın H.Əliyev adına Coğrafiya, Geologiya, Torpaqşünaslıq və Aqrokimya  İnstitutlarının, respublikanın elm və təhsil  mərkəzlərinin tanınmış alimləri iştirak də ediblər. Konfrans öz işini 4 bölmədə davam etdirib.

BDU-nun Mətbuat informasiya şöbəsi, 17 may 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!