Bakı Dövlət Universitetinin Mətbuat və Informasiya şöbəsinin yaradılması haqqında rektor Abel Məhərrəmov 14 dekabr 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında vəsatət qaldırmışdır. Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin strukturuna Mətbuat və Informasiya şöbəsinin daxil edilməsinə icazə vermiş və şöbə 10 may 2000-ci ildən fəaliyyətə başlamışdır. Şöbənin yaradılmasında məqsəd Kütləvi İnformasiya Vasitələri ilə müntəzəm əlaqə yaratmaq, respublikada gedən təhsil islahatlarının mühüm bir qolu kimi universitetdə aparılan islahatları və respublika əhəmiyyətli hadisələri mətbuatda daha ətraflı işıqlandırmaq, universitet xəbərlərinin, beynəlxalq əlaqələr, xarici səfərlər və xarici qonaqlarla keçirilən görüşlərin ölkə ictimaiyyətinə çatdırılmasını intensivləşdirmək olub. Şöbəyə müxtəlif iilərdə tanınmış jurnalistlər - Aynur Bəşirli, Qafar Çaxmaqlı və Şərəf Cəlilli rəhbərlik etmişdir. Şöbəyə 2010-cu ilin mart ayından Pərvanə İbrahimova rəhbərlik edir. Şöbənin mütəxəssisləri isə Fatimə Dursunova, Məryəm Abdullayeva, Xəyalə Vəliyeva, Nərminə Əsədova və Lətif Mustafayevdir.


Şöbənin funksiyaları

* KİV ilə əlaqələr qurur;

* Mətbuat konfransları təşkil edir;

* Press-relizlər, gündəlik mətbuat xülasələri hazırlayır;

* BDU-da keçirilmiş tədbirləri universitet saytına Azərbaycan, rus və ingilis dillərində olmaqla 3 dildə yerləşdirir

* Ölkə mediasını, yerli və xarici xəbər portallarını universitet yenilikləri ilə təmin edir;

* Müsahibələr təşkil edir;

* BDU-da baş verən yeniliklər, alimlərin uğurları, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı xarici və yerli mətbuatda müntəzəm olaraq məqalələrlə çıxış edir;

* Universitetlə bağlı mətbu materialların monitorinqini aparır.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!