Azərbaycan Demokratik Respublikası Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub - Avropa və Asiyanın qovşağında ilk dünyəvi ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə - Tarix-filologiya, Tibb fakültələri, 44 müəllim və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru görkəmli rus alimi, Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitetin 1920 - 1930-cu illərdə aparıcı müəllimləri böyük Azərbaycan yazıçıları Əbdülrəhim bəy Haqverdiyev və Tağı Şahbazi, tanınmış şərqşünas professorlar P.K.Juze və A.O.Makovelski, hüquqşünas professor A.O.Mişel, məşhur riyaziyyatçı professor L.Q.Lopatinski, kimyaçı alim Möhvsünbəy Xanlarov və digər tanınmış alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün akademiklər N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil almışdır.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi böyüklüyümüzün simvolu hesab edilir. Mövcud olduğu illər ərzində universitet respublikamızda ziyalı təbəqəsinin, elmin, milli özünüdərkin formalaşmasında, beynəlxalq nüfuzumuzun yüksəlməsində misilsiz xidmətlər göstərmişdir. Hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını Respublikamızda şərəflə həyata keçirən Bakı Dövlət Universitetinin 16 fakültəsində bu gün 18 mindən çox tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 1500-ə yaxın professor-müəllim heyəti məşğul olur ki, onlardan təxminən 100 nəfəri dövlətin ali orden və medalları ilə təltif edilmiş, 23 nəfəri AMEA-nın həqiqi və müxbir üzvü, 14 nəfəri Milli Məclisin deputatı, 4 nəfəri Dövlət mükafatı laureatı, 27 nəfəri Əməkdar elm xadimi, 300 nəfərə yaxını professor, 800 nəfərdən çoxu isə elmlər namizədi, dosentdir.
![]() |
|
![]() |
|
![]() |
|
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!
«Bakı Universiteti» nəşriyyatı fəaliyyəti...
BDU-da fəaliyyət göstərən yeməkxanalar haqqında hazırladığımız reportaj...