Tələbə Həmkarlar İttifaqı Komitəsinin önəmi

Tələbə Həmkarlar İttifaqı Komitəsi


Tələbələr həmişə gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır.

Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərirlər.

Sovet dönəmində ali təhsil məktəblərində tələbələrin problemləri ilə bir neçə təşkilat məşğul olurdu: partiya, komsomol və həmkarlar təşkilatları. Yeni formalaşmış müasir sistemdə isə həmkarlar təşkilatlarının rolu daha da artmışdır.

Bu nöqteyi-nəzərdən Bakı  Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır. 18 mindən artıq bakalavr, magistr və aspirant kollektivini özündə birləşdirən, dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatı olan THİK universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Bakı Dövlət Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.

THİK-nın strukturu

 

Təşkilatın rəhbər orqanları - Konfrans, Komitə və İdarə Heyətidir. Konfrans ən ali orqan olub 2 ildə bir dəfə çağırılır. 41 nəfərdən ibarət olan Komitə isə konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Komitənin iclasları ayda 1 dəfə çağırılır. Təşkilata operativ nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 7 nəfərdən ibarətdir. Təşkilatda hazırda 4 ştat mövcuddur və bu ştatlar üzrə sədr – Qənbərov Daşqın Məcid oğlu, bir sədr müavini – Şərifov İlkin Səməd oğlu, bir təlimatçı – Tağıyeva Həlimə Fəxrəddin qızı və bir mühasib – Fərahim Barat çalışır.


Təşkilatın əsas fəaliyyəti

Komitənin fəaliyyəti 5 əsas prinsip üzərində qurulmuşdur:

Tələbələrin elmə və biliyə olan marağının artırılması

Bu istiqamətdə vaxtaşırı THİK-nın təşkilatçılığı ilə elmi, elmi-praktik konfranslar keçirilir, elmi müddəalara əsaslanan və sanballı elmi nəticələri ilə seçilən məqalə sahibləri diplomlarla mükafatlandırılırlar. Bu yaxınlarda «Ekologiya ili» çərçivəsində keçirilən “Ekoloji problemlər: yaranma səbəbləri və həll yolları” adlı elmi-praktik konfrans bunun bariz nümunəsidir.

Cismən və ruhən sağlam gəncin formalaşması

“Sağlam bədəndə sağlam ruh” prinsipini əsas tutaraq müxtəlif idman növlərində - futbol, basketbol, voleybol və s. yarışlar keçirilir. Bu tədbirlər həm sağlam gənclərin yetişdirilməsində, həm də onların zərərli vərdişlərdən uzaq olmasında köməklik göstərməklə yanaşı, çox ciddi problem olan məşğulluq məsələsində də önəmli bir addımdır.

Tələbələrə sosial dəstək

Məlumdur ki, Bakı Dövlət Universitetində təhsil alan tələbələr arasında aztəminatlı, qaçqın və şəhid ailələrindən olan gənclər böyük pay təşkil edir. Onlara maddi dəstək vermək üçün Komitə müəyyən işlər yerinə yetirir. Məsələn, yataqxana probleminə görə təqribən 30 tələbəyə kirayə pulu, 50 tələbəyə universitet yeməkxanasında pulsuz nahar yeməkləri üçün talon verilir. Bununla belə, maddi çətinliyə düşən və THİK-ya müraciət edən tələbələrə də fərdi qaydada köməklik göstərilir. Qeyd etmək lazımdır ki, bu məsələlərdə daha çox əlaçı tələbələrə üstünlük verilir. Bunlarla yanaşı, dövlət təqaüdü almayan, lakin əlaçı olan bir neçə tələbə həvəsləndirici təqaüdə layiq görülüb.

Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər

Bu istiqamətdə görülən işlər arasında ən yadda qalanı Novruz şənlikləri olub. 17 fakültənin hər birinin böyük həvəslə ərsəyə gətirdiyi Novruz guşələrində böyük tarixi əhəmiyyət daşıyan Bahar bayramının keçirilməsi ilə bağlı olan bütün adət və ənənələr öz əksini tapır.

Ünsiyyətli gəncin yetişdirilməsi

Ölkənin gələcəyi olan gənclərin dövlətimizi layiqincə təmsil etmələri üçün rahat ünsiyyət yaratmaları, fikirlərini sərbəst ifadə etmələri şərtdir. Bu baxımdan THİK tərəfindən müxtəlif mövzularda keçirilən debat və disputlar böyük önəm daşıyır.

Məhz bu beş prinsipin vəhdəti uğurlu nəticə verir. Bunu dərk edən Komitə heç bir istiqamətdə işlərin axsamasına şərait yaratmır.

Komitənin ən mühüm fəaliyyətlərindən biri də ondan ibarətdir ki, gündəlik qayğılarına qapanıb qalan istedadlı tələbəni gündəmə gətirir, onu ictimai fəaliyyətə cəlb edir. Həmin tələbəni mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələndirən təşkilat onu universitetin ən ali müstəvisinə qədər aktuallaşdırır. Komitə özünün 34 illik fəaliyyəti dövründə neçə-neçə istedadlı tələbəni universitetin gündəminə gətirməklə ictimaiyyətin diqqətinə çıxarmış və hamı onun qabiliyyətinə öz müsbət münasibətini bildirmişdir.

Komitənin üzvü olmaq üçün bir tələbə nə etməlidir?

Quruma üzv qəbul olmaq çox sadədir. Təşkilatın Əsasnaməsini qəbul edən Bakı Dövlət Universitetinin hər bir tələbəsi bu quruma üzv ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir:

  1. Təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;
  2. Təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;
  3. Təşkilatın müdafiəsindən istifadə etmək;
  4. Təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;
  5. Təşkilata üzvlüyünü dayandırmaq və təşkilatdan çıxmaq.

Təşkilatın üzvləri Əsasnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə onlar İdarə Heyəti və ya yerli təşkilatlar tərəfindən təşkilata üzvlükdən azad oluna bilərlər.

Tələbələr ən çox hansı problemlərlə Komitəyə müraciət edirlər?

Təşkilat imtahanların gedişində yaxından iştirak edir və tələbələrin ən çox müraciət etdikləri sessiya nəticələri ilə bağlı onların hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərir.  Komitənin sədri universitetdə yaradılan bütün komissiyalarda təmsil olunur (Apellyasiya Komissiyası, Aspiranturaya Qəbul Komissiyası və s.). Komitə çox vaxt məsələnin tələbənin xeyrinə həll olunmasına nail ola bilir.

Problemlə üzləşən hər bir tələbə birbaşa universitetin Əsas binasında yerləşən Komitənin qərargahına, ya da hər fakültə üzrə təyin olunan köməkçilərə müraciət edə bilər.

Komitənin sədri, müavinlər və Fakültə Tələbə Həmkarlar Təşkilatının sədrləri haqqında daha ətraflı:

Daşqın Qənbərov - Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

19 avqust 1978-ci ildə Azərbaycan Respublikası Biləsuvar rayonunda anadan olub.

1996-cı ildə Bakı Dövlət Universitetinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə bitirdiyinə görə Universitet rəhbərliyi 2006-cı ildə onu Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisası üzrə əyani doktaranturya qəbul edib. 2009-cu ildə “Beynəlxalq ekoloji standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik disstertasiyasını müdafiə edib və 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti Yaninda Ali Attestasiya Komissiyasının qərarı ilə “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsini alıb. Elmi tədqiqat işi ilə paralel olaraq Universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur. Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq ümumi hüquq” kafedrasının müəllimidir. Müxtəlif  yerli və beynəlxalq  elmi konfranslarda çıxış edən D.Qənbərov 20-dən artıq elmi məqalənin müəllifidir. Təhsil aldığı müddətdə Universitetin ictimai həyatında aktiv iştirak edib, 2000-ci Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, 2002-ci ildə sədrin I müavini seçilib. BDU THİK-nin 27 noyabr 2006-cı ildə keçirilən sədr seçkilərində kollektiv etimad göstərərək onu təşkilata sədr seçib. Hazırda bu vəzifədə çalışır. 2009, 2010-cu illərdə gənclər sahəsində gördüyü işlərə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Yaxşıların Yaxşısı” fəxri adına layiq görülüb və xatirə medalı ilə təltif olunub. 2010-cu və 2011-ci illərdə Universitetin rektoru, akademik Abel Məhərrəmov tərəfindən “İl ərzində peşəkar, səmərəli və məhsuldar fəaliyyətinə gorə” Fəxri Fərmanlarla təltif olunub.

D.M.Qənbərov təhsil aldığı dövr ərzində siyasi fəaliyyətlə də aktiv məşğul olub. Nəticədə 2004-cü ildə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Gənclər Birliyinin İdarə Heyətinə üzv seçilib. 2005-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin II Konfransında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 25 nəfərdən ibarət İdarə Heyətinə üzv seçilib.

17 yanvar 2012-ci ildə YAP Yasamal Rayon Təşkilatının VII konfransında İdarə Heyətinə üzv seçilib. 2000-ci ildən etibarən Azərbaycan Respublikasında keçirilən seçkilərdə Bakı şəhər Yasamal rayonu ərazisində Məntəqə Seçki Komissiyasının sədri kimi fəaliyyət göstəribvə rəhbərlik etdiyi komissiyalar 2000, 2005 və 2010 – cu illərin Parlament seçkilərini, 2002 və 2009-cu ildə Referendumları, 2004 və 2009-cü ildə Bələdiyyə seçkilərini, 2003 və 2008 -ci illərdə Prezident seçkilərini yüksək səviyyədə təşkil edib.

2010-cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə” görə “Tərəqqi” medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini-Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : ilkinsemedoglu@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI :

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini - Fərahim Barat

Fərahim Barat
Şərqşünaslıq fakultəsinin tələbəsi
Tel : (+994 51) 883 54 43
E-mail : ferahim_91@hotmail.com

QISA BİOQRAFİK MƏLUMAT
.
1991-ci ilde Qubadlı rayonu Qaralar kəndində anadan olub. 1997-2008 ci illərdə Beyləqan rayon 4 saylı orta məktəbində təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014-cu illərdə BDU-nun Şərqşünaslıq fakültəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ildə Fakultə Tələbə Həmkarlar Təşkilatının (FTHT) sədri olub.
2012 –ci ilin may ayından Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mutəxəssis vəzifəsinə seçilmişdir.
2013-cü ilin sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır

MÜKAFATLARI :

2011-ci il “İlin ən yaxşı tələbəsi” Fəxri adi
2012- ci il “İlin ən yaxşi tələbəsi” Fəxri adı
2013-cü il “İlim ən yaxşı tələbəsi” Fəxri adi
2013- cü il “Ən yaxşı həmkarlar təşkiatının sədri” fəxri adı

TƏDQIQAT SAHƏSİ

Urdu dili və ədəbiyyatı

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təlimatçısı - Tağıyeva Həlimə Fəxrəddin qızı

Tağıyeva Həlimə Fəxrəddin qızı
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin tələbəsi
Tel : (+994 51) 590 02 34
E-mail : Halima.taghiyeva@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Bakı şəhəri Suraxanı rayonu anadan olub. 2001-2011-cu illərdə Suraxanı rayonu Abil Səfərov adına 114 saylı orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2011-2015cü illərdə BDU-nun İlahiyyat fakültəsini tələbəsidir.

ƏMƏK FƏALİYYƏTİ

2012-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ilin mart ayından FTHT-nin sədr müavinidir.
2013-cü ildə BDU TGT-nin fakültə sədri olmuşdur.
2013-cü il iyununda keçirilən YAP-ın V qurultayında könüllü təşkilatçi olmuşdur.
2014-cü il yanvar ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində təlimatçı vəzifəsində çalışır.

MÜKAFATLARI :

2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

 

Mexanika - riyaziyyat fakültəsi

Əhmədov Etibar Məhəmməd oğlu.
BDU-nun Mexanika Riyaziyyat fakultəsi
Tel : (+994 50) 643 26 21
E-mail : dronqo.confidance93@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Xaçmaz rayonu Həbibkənd kəndində anadan olub. 1999-2010-cu illərdə Xaçmaz rayonu Yeni-həyat qəsəbəsi N.İsayev adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun Mexanika Riyaziyyat fakültəsini bitirmişdir.
1 məqalənin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.

MÜKAFATLARI :


2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı


TƏDQIQAT SAHƏSİ


Riyaziyyatın tədrisi

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

Xanmədli Rəfi Kamil oğlu
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin tələbəsi.
Tel : ( +994 55 ) 839 12 72
E-mail : Refi.Xanmedli@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

23 Yanvar 1995-ci il Biləsuvar rayonunda anadan olub. 2001 – 2002 illərində Bakı şəhəri Suraxanı rayonu 290 saylı orta məktəbdə təhsilə başlamış , 2002-2012 illərdə isə təhsilini Bakı şəhəri , Suraxanı rayonu Nazim Rəfiyev adına 104 saylı orta məktəbdə davam etdirmişdir . 2012-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə daxil olub. Hazırda III kurs tələbəsidir.

ƏMƏK FƏALİYYƏTİ

2012-ci ildə BDU THİK-də büro üzvü olub
2012-ci ildən FTHT-nin sədridir.

MÜKAFATLARI :

2013-ci ildə “İlin ən yaxşı tələbəsi” adını qazanıb.

TƏDQIQAT SAHƏSi

Kompüter elmləri , Sistem administratoru

 

 

Kimya fakültəsi

Hacıyev Abdulla Bulutxan oğlu
Kimya müəllimliyi
BDU-nun Kimya fakultəsinin 3-cü kurs tələbəsi
Tel : (+994 51) 570-83-28
E-mail : haciyev_abdulla@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Göyçay rayon Alxasava kəndində anadan olub. 2000-2011-ci illərdə Göyçay rayon Alxasava kənd tam orta məktəbində təhsil almışdır . Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2011-ci ildən BDU-nun Kimya fakültəsinin tələbəsidir.

ƏMƏK FƏALİYYƏTİ

2013-ci ilin sentyabr ayından FTHT-nin sədridir.

MÜKAFATLARI :

2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

Coğrafiya fakültəsi

Quluzadə Nurlan Azad oğlu
Geodeziya mühəndisi
BDU-nun Coğrafiya fakultəsinin tələbəsi
Te : (+994 55) 4553905
E-mail : NURLAN-QULUZADE@MAIL.RU

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-2010cu illərdə Nizami rayon 227 saylı məktəbi bitirib.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun Coğrafiya fakültəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.

MÜKAFATLARI :

2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSİ

Geodeziya və kartoqrafiya

 

Geologiya fakültəsi

Zülfili Nicat Aqil oğlu
Geoloq
BDU-nun Geologiya fakültəsinin tələbəsi
TEL: (+99450)3997711;
(+99455)7845160.
E-mail: nicat164@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1995-ci ildə Yevlax şəhərində anadan olmuşdur.
2001-ci ildə Baki şəhər Nəsimi rayon 164 sayli məktəb – liseydə təhsilə başlamış, 2012-ci ildə Hacıqabul rayon 8 saylı məktəb-liseyin məzunu olmuşdur.

TƏHSİLİ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2012-ci ildə BDU-nin Geologiya fakültəsinə daxil olmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

2012-ci ildə BDU THİK-də büro üzvü
2013-cü ildən BDU FTHT sədridir.

MÜKAFATLAR:

2013-cü il “İlin Ən Yaxşı Tələbəsi” fəxri adı
2013-cü il “Respublika Əlaçısı” fəxri adı

TƏDQİQAT SAHƏSİ:

Geoloq

 

Filologiya Fakültəsi

Əliyev Yusif Ulduzxan oğlu
Filoloq
BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi
Tel: (+994 51) 770 52 35
E-mail:
Yusif94.Eliyev@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1994-cü il may ayının 23-də Lerik rayonunun Molalan kəndində anadan olmuşdur. İlk ibtidai təhsilini Molalan kənd orta məktəbində, daha sonra isə Bakı şəhəri Zabrat II qəsəbəsində yerləşən Xavər Vəliyev adına 75 saylı tam orta məktəbində almışdır. 2007-2012-ci illər ərzində Sabunçu rayonu 311 saylı tam orta məktəbdə təhsilini davam etmiş və 2012-ci ildə 311 saylı məktəbin məzunu olmuşdur.

TƏHSİLİ

2012-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Hazırda II kurs tələbəsidir.

ƏMƏK FƏALİYYƏTİ

2013-cü ilin sentyabr ayının 30-dan etibarən Filologiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədridir.

MÜKAFATLARI

Bilik olimpiadalarının mükafatçısı
2011-ci ildə "MƏN AZƏRBAYCANLIYAM" milli intellektual bilik yarışmasının qalibi
2013-cü ildə BDU-da "İlin ən yaxşı tələbəsi"

 

Hüquq fakültəsi

Məmmədova Yavər Elxan qızı
Hüquqşunas
BDU-nun Hüquq Fakültəsinin məzunu
Tel: (+994 51) 727-11-37 E-mail: yavaelkhan@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

16 Avqust 1993-cü il Bakı şəhərində dünyaya göz açmışdır. 1999-cu ildə Tusi adina Gimnaziyanın 1-ci sinifində təhsil almışdır. 2-ci sinifdən başlayaraq Bakı şəhəri, Səbail rayonu, Məmməd Rahim adına 7 saylı Pilot məktəbində təhsilini davam etmişdir. 2000-2008-ci illərdə Qara Qarayev adına 8 saylı musiqi məktəbində 7 illik pianino ixtisası üzrə təhsil almışdır.
Subaydır

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun Hüquq fakültəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

2007-ci ildə Şagird Parlamentində Mətbuat üzrə kommisiyanın sədri seçilmişdir.
2008-ci ildə Şagird Parlmentinin Sədr müavini olmuşdur.
2009-2010-cu illərdə isə Şagird Parlamentinin Sədri seçilmişdir.
2011-ci ildə Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatının Debat Clubunun Sədri, BDU Debat Clubunun Fakültə üzrə koordinatoru, Avropa Hüquqşunas Tələbələr Assosasiyasının (ELSA) BDU-da Beynəlxalq Seminar və Konfransların təşkili üzrə Vitse-Prezidenti olmuşdu.
2013-cü ilin Hüquq Fakültəsinin Tələbə Həmkarlar Təşkilatının Sədridir.
7-14 Aprel 2013-cü il tarixində Almaniyanın Köln şəhərində keçirilən ELSA-nın Beynəlxalq Şura Toplantısında (İCM) Azərbaycanı təmsil etmişdir.
24 May 2013-cü il “Beynəlxalq Dəniz və Energi Hüququ” haqqında Konfransda iştirak etmişdi.
7 İyun 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V Qurultayında Azərbaycan Gəncliyi adından çıxış etmişdir.

MÜKAFATLARI :

2011-ci ildə “Human Resource” adlı 4 günlük training keçmiş və sertifikat almışdı.
2012-ci ildə BDU Daxili Debat Turnirində Ən Yaxşı 7-ci Natiq seçilmişdi.
2012-ci ilin 18-23 Oktyabr ELSA-nın təşkil etdiyi İnsan Hüquqları üzrə Hüquq Tələbələrinin Qış Məktəbi Beynəlxalq Forumunda iştirak edərək Sertifikat almışdır.
6 İyun 2013-cü ildə “Neft Hasilatının Pay Bölgüsü Sazişlərinin Müqavilə Xarakteri” haqqında seminarda iştirak etmiş sertifikat almışdır.
27 Iyul 2013-cü ildə “Layihə təkliflərinin hazırlanması” adlı təlim iştirak etmiş, sertifikat almışdır.
2013-cü il Paşa Həyat Sığorta şirkətində hüquqşunas köməkçisi kimi təcrübə keçmiş və sertifikat almışdı.
2013-cü il “İnkoterms” təlimində iştirak etmiş və sertifikat almışdı.
2013-cü il “Beynelxalq Ticaret Logistikasi” təlimində iştirak etmiş və sertifikat almışdı.
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2014-cü il “Effective Leadership” master klassında iştirak etmiş və sertifikat almışdı.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Hesenov Shahsultan Hemid oglu
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi
Tel : (+994 50) 230 98 98
E-mail : shahsultan.bdu.94@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1994-ci il 2 yanvar Baki şəhərində anadan olmuşdur.2011-ci ildə Baki Dövlet Universitetinin nəznində olan "Gənc istedadlar" liseyininin məzunu olmuşdur.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2011-2015ci illərdə Baki Dövlət Universitetinin Beynəlxalq Münasibətler ve İqtisadiyyat fakültəsini bitirmişdir

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ildə Tələbə Həmkarlar İttifaqi komitəsinin üzvü olub
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2013-cu ildən Beynəlxalq Münasibətler ve İqtisadiyyat fakültəsinin FTHT sədridir

MÜKAFATLARI :

2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

2 məqalə müəllifidir

 

Jurnalistika fakültəsi

Hesenov Cemil Anar oglu
Jurnalist
BDU-nun jurnalistika fakultesinin telebesi
Tel: (+994 51) 911 99 19
E-mail :cemil.hesenov@list.ru

QISA BIOQRAFIK MELUMATLAR

1994-cu ilde Gence seherinde anadan olub.
2007-2012 illerde gence ozel turk lisseyinde tehseil almis.

 

 

 

 

 

Kitabxanaçılıq-informasiya fakültəsi

Əmrahlı Nicat Oktay oğlu
Kitabxanaciliq-İnformasiya
BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin məzunu
Tel : (+994 55) 2844548
E-mail : nicatemrahli@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Qazax Şəhərində anadan olub. 1999-2010-cu illərdə Qazax Şəhər Namiq Vəliyev adına 5 sayli tam orta məktəbdə təhsil almışdır. Subaydır.

HSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

2010-ci ilədə BDU THİK-də büro üzvü
2011-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir..
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin idarə heyətinin uzvü

MÜKAFATLARI :

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il Təhsil işçilərinin Azad həmkarlar Təşkilatının adlı təqüdünə layiq görülüb.

TƏDQIQAT SAHƏSI

Kitabxana-İnformasiya

 

Sosial elmlər və Psixologiya fakültəsi

Qurbanova Nigar Eyvaz qızı
Psixoloq
BDu-nun Sosial elmlər və psixologiya fakultəsinin tələbəsi
Tel: 055-929-68-92
e-mail : qurbanovan@hotmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1994-ci ildə Bakı şəhərində anadan olmuşdur.2011-ci ildə Qafqaz Azərbaycan –Türkiyə özəl gimnaziyasını bitirmişdir. Subaydır.

ƏMƏK FƏALİYYƏTİ

2012-ci ildən SEP fakültəsinin FTHT sədridir.

MÜKAFATLARI :

2012-ci il ilin ən yaxşı tələbəsi fəxri adı
2013-cü ilin ən yaxşı tələbəsi fəxri adı

TƏDQIQAT SAHƏSİ

Psixologiya və pedaqogika

 

Biologiya fakültəsi

Məmmədli Valeh Vasif oğlu
Bioloq
BDU-nun Biologiya fakultəsinin tələbəsi
Tel: (+994 50) 498 50 05
E-mail: valeh188"gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-2006-cı illərdə Mingəçevir şəhər 3 saylı orta məktəbdə, 2007-2010-cu illərdə Mingəçevir Özəl Türk Liseyində, 2010-2011-ci illərdə isə Şəmkir şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. Subaydır

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏLƏRİ VƏ ELMİ ADLARI

2012-ci ildə BDU-nun Biologiya fakultəsinə daxil olub. Hal-hazırda Biologiya fakultəsinin tələbəsidir.

ƏMƏK FƏALİYYƏTİ

2012-ci ildə BDU THİK-də büro üzvü
2013-cü il oktyabr ayından Fakultə Tələbə Həmkarlar Təşkilatının sədridir.

MÜKAFATLAR

2013-cü il "İlin ən yaxşı tələbəsi" fəxri adı

 

Ekologiya və Torpaqşünaslıq fakültəsi

Musayev Kamran İlyas oğlu .
Ekoloq
BDU-nun Ekoogiya və torpaqşünaslıq fakultəsi
Tel: (+994 50) 353-55-11
E-mail : kamran_musayev_050@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

1992 ci ildə Bakı şəhərində anadan olub. 1998-2009-cu illərdə Sabuncu rayonu F.Tagiyev adina 72 saylı liseydə təhsil almişdır.Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏLƏRİ VƏ ELMİ ADLARI

2010-2014-cü ildə BDU-nun Ekologiya ve Torpaqşünaslıq fakultesini bitirmişdi.

ƏMƏK FƏALİYYƏTİ

2010-ci ildə Tələbə Həmkarlar İttifaqı Komitəsində büro üzvüdür.
2011-ci ildən Fakültə Tələbə Həmkarlar Təşkilatının sədridir.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!