Azərbaycan Respublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏT

UNİVERSİTETİ

Ə M R

15.04.2011 № R-29

Bakı şəhəri

Məzmunu: Elmi konfransın keçirilməsi haqqında

Tətbiqi riyaziyyat və kibernetika sahəsində aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini daha da yüksəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək məqsədi ilə

 

ƏMR EDİRƏM

 

1. Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2011-ci ilin may ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş «Riyaziyyatın tətbiqi problemləri» mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi  konfransı  keçirilsin.

2. Elmi konfransın keçirilməsi üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:

Akad.A.M.Məhərrəmov - Rektor, sədr
Prof.İ.Ə.Əliyev - Elmi İşlər üzrə prorektor, sədr müavini
AMEA-nın müx. üzvü, prof.M.F.Mehdiyev -dekan,sədr müavini
Dos. Z.F. Xankişiyev - dekan müavini, məsul katib
Prof.İ.N.Əliyeva - ETH-nin rəisi, üzv
Dos. C.K. Kazımov - dekan müavini, üzv
Ş.İ. Cəbrayılov - dekan müavini, üzv
Akad.C.E.Allahverdiyev - kafedra müdiri, üzv
AMEA-nın müx. üzvü, prof.Y.Ə.Məmmədov - kafedra müdiri, üzv
AMEA-nın müx. üzvü, prof.A.H.Hacıyev - kafedra müdiri, üzv
Prof. A.D.İskəndərov - kafedra müdiri, üzv
Prof. K.B.Mənsimov - kafedra müdiri, üzv
Prof. Ə.Ə.Əliyev - kafedra müdiri, üzv
Prof. N.F.Tağıyev - kafedra müdiri, üzv
Dos. M.S.Xəlilov - kafedra müdiri əvəzi, üzv
Prof. H.D.Orucov - üzv
Prof. E.Q.Orucov - üzv

3. Konfransın materialları iştirakçıların şəxsi hesabına çap edilsin.

Əsas:  Rektorun və Elmi işlər üzrə prorektorun dərkənarları ilə Tətbiqi riyaziyyat və

kibernetika fakültəsi  dekanının təqdimatı.

REKTOR: akad.A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!