Rektorun tələbələrə müraciəti

Zəngin tarixə, misilsiz milli qüdrətə malik olan Bakı Dövlət Universitetinin tələbələrinə aşağıdakı mənəvi keyfiyyətləri tövsiyə edirəm:

1. Tələbələrdə yüksək vətənpərvərlik, doğma dilə, vətənə, torpağa məhəbbət hissləri olmalıdır.
2. Tələbələr dövlətin bugünkü siyasətini ətraflı öyrənməli, respublika prezidenti cənab Heydər Əliyevin ölkədəki sabitlik, onun iqtisadi, siyasi və mədəni inkişafı üçün göstərdiyi misilsiz xidmətləri düzgün dərk etməlidirlər. 
3. Bütün tələbələr respublika himnini əzbər bilməli, konstitusiyanı öyrənməli, xalqın tarixini, dövlətçiliyini, rəmzlərini (bayrağını, gerbini) yüksək qiymətləndirməlidirlər. 
4. Universitetin şanlı tarixini öyrənmək, onun dünəni, bu günü, elmi qüdrəti və əlaqələri, xalqımızın mədəni inkişafındakı rolunu bilmək, universitetin şərəfini hər yerdə yüksək tutmaq bütün tələbələrin mənəvi borcu olmalıdır. 
5. Sağlam əqidə, mənəvi saflıq, ləyaqətli davranış, ziyalı münasibəti universitet tələbəsini şərtləndirən cəhətlərə çevrilməlidir. 
6. Yuxarıda sadalanan keyfiyyətlərin, milli-mənəvi dəyərlərin, milli şüurun və milli ideologiyanın formalaşmasına təminat verdiyi nəzərə alınsın. 
7. Müəllimlər bu müraciətdən irəli gələn ideyaların formalaşmasında mühüm rol oynamalıdırlar.

Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru
“Bakı Universiteti” qəzeti, 26 fevral 1999-cu il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!