Azərbaycan Respublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏT UNİVERSİTETİ

ƏMR

02.12.10R-75

Bakı şəhəri

Məzmunu: Tədris elektron mərkəzinit yaradılması haqqında

Bakı Dövlət Universitetində tədris prosesinin 2006-cı ildən etibarən tədricən Boloniya prosesinə qoşulması ilə əlaqədar Boloniya prosesinin prinsiplərinin  həyata keçirilməsinə ciddi nəzarət edilməsinə ehtiyac duyulur. Bununla bağlı universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə, ayrı-ayrı fənlər üzrə kreditlərin yerinə yetirilməsinə, distant təhsilin tətbiqinin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədi  ilə


ƏMR EDİRƏM

I. Yuxarıda yazılanları əsas tutaraq BDU-da Tədris Elektron Mərkəzi yaradılsın və onun strukturu aşağıdakı qaydada formalaşdırılsın :

1) Tədris prosesinə  nəzarət qrupu bakalavriat (qiyabi, əyani) və magistratura pilləri üzrə 

2) Dərs yükünün bölgüsü və yerinə yetirilməsinə nəzarət qrupu

3) İmtahan sessiyasının keçirilməsinin təşkili və ona nəzarət qrupu

4) Tyutorların işinin əlaqələndirilməsi və ona nəzarət qrupu

5) Proqram təminatı və texnoloji xidmət qrupu

6) Testlərin  sistemləşdirilməsi və ekspertizası  qrupu

7) Statistik məlumatlar qrupu

II. Tədris Elektron Mərkəzinə rəhbərlik üzvi kimya kafedrasının  dosenti M.M.Qurbanovaya həvalə edilsin.

III. İnzibati-təsərrüfat işləri üzrə prorektor N.Ə.Ramazanlıya tapşırılsın ki, mərkəzin  lazımi avadanlıq və ləvazimatlarla təchizini təmin etsin.

IV.Tədris işləri üzrə prorektor prof. V.Ə.Əfəndiyevə tapşırılsın ki, qrupların funksiyaları, iş prinsipləri və ştat personalı haqqında müvafiq təkliflər versin.

V. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

ƏSAS: mənim sərəncamım


R E K T O R akademik A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!