05 yanvar 2011-ci il

S Ə R Ə N C A M   №01

 

 

 

Məzmunu: İmtahan  zamanı köçürülmə  hallarının aradan qaldırılması barədə

Son illərdə universitetdə bakalavirat  və magistratura üzrə semestr, eləcə də dövlət imtahanlarının obyektiv və şəffaf keçirilməsi , eyni zamanda tələbələrin imtahanlarda köməkçi  vasitələrdən istifadə etməmələri üçün xeyli işlər görülmüş bu sahədə müəllim-koordinatorların fəaliyyəti son dərəcə gücləndirilmişdir. Bunun nəticəsi olaraq tələbələr tərəfindən konspektlərdən və digər texniki vasitələrdən istifadə edərək köçürmə  halları  hiss olunacaq dərəcədə  azalmışdır. Eyni zamanda köçürmə hallarını aradan qaldırmaq məqsədilə tələbələr imtahan qaydaları, imtahanın keçirilməsi  şərtləri ilə tanış olmuşlar.

Yazılanları nəzərə alaraq, 2010/2011-ci tədris ilinin qış imtahan sessiyasının mütəşəkkil keçirilməsi barədə rektorun R-76 saylı 02 dekabr 2010-cu il tarixli əmrinin 15 (f) bəndini genişləndirmək məqsədilə

 

S Ə R Ə N C A M V E R İ R Ə M

1.İmtahan zamanı tələbələrin auditoriyalara imtahanda onlara yardımçı ola biləcək vasitələr (Mobil telefon, kitab, dəftər, qısa mətn surətləri,  konspekt və s. Bu kimi material və texniki vasitələr) gətirmələri və imtahan zamanı bu yardımçı vasitələrdən istifadə edilməsi halları qəti qadağan edilsin və bu barədə tələbələr yazı vərəqələrində imza etməklə tanış edilsinlər.

2.Bu tələbələrə töhmət elan edilsin, valideynləri dəvət edilsin və onların nəzərinə çatdırılsın.

4. Həmin tələbələrin siyahısı fakültələrin elanlar lövhəsində köçürən tələbələrin siyahısı asılsın bu faktlar «Bakı Universiteti» qəzetində işıqlandırılsın.

5.  BDU tələbə təşkilatlarında bu hallar müzakirə edilsin və onların vəsadəti əsasında tələbənin həmin fəndən təkrar imtahana buraxılması məsələsinə rektorluqda baxılsın.

7.Tədris işləri üzrə prorektor prof. V.Ə.Əfəndiyevə tapşırılsın ki, müəllim-koordinatorların yuxarıda göstərilən hallara yol verilməməsinə nəzarəti gücləndirsin və imtahan zamanı köçürmə hallarına imkan yaratmış müəllim-koordinatorlar barəsində ciddi tədbirlər görsün.

8.Bu sərəncam fakültələrin elanlar lövhəsində asılsın.

9. Sərəncamın icrasına tədris işləri üzrə prorektor prof. V.Ə.Əfəndiyevə və magistraturada elmi işlər üzrə prorektor prof. İ.Ə.Əliyevə həvalə edilsin.

ƏSAS: Mövcud əsasnamə  və rektorun R-76 saylı 02.12.2010-cu il tarixli əmri

REKTOR akademik A.M.MƏHƏRRƏMOV

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!