AzərbaycanRespublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏTUNİVERSİTETİ

ƏMR

02.12.10 R-78 

Bakı şəhəri

Məzmunu: Magistratura təhsil pilləsində  2010/2011-ci  tədris ilinin qış  imtahan  sessiyasının keçirilməsi haqqında

2010/2011-ci tədris ilində universitetin magistratura təhsil pilləsinin əyani şöbəsində imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə

 

ƏMR EDİRƏM :

1. Tədris qrafiklərinə uyğun olaraq magistr təhsil pilləsi üzrə universitetin bütün fakültələrində dərslər 2010-cu il dekabr ayının   30-da kəsilsin, qış  imtahan sessiyası 2011-ci il  yanvar ayının  5-dən   31-dək  keçirilsin. İmtahanlar   saat  1400-da başlansın.

2. Qış   imtahan sessiyasında tədris planlarına  uyğun  veriləcək məqbul (yetərli) və imtahanların siyahısı tədris planlarına uyğun müəyyənləşdirilsin və imtahan cədvəlləri təsdiq olunmuş həmin siyahıya əsasən tərtib edilsin.

3. Tədris planında nəzərdə tutulmuş fənlər üzrə saatlar jurnalda fənn müəlliminin imzası ilə yekunlaşdıqdan və fakültə dekanlarının ciddi nəzarəti ilə təsdiqləndikdən («imtahan götürülməsinə icazə verilir» sözləri yazılmaqla) sonra məqbul (yetərli) və imtahan vərəqələri verilsin.

4. Yetərli olan fənlər üzrə magistrantların semestr ərzində topladığı ballar 26-dan az olarsa, BDU üzrə verilmiş 6 may 2004-cü il tarixli 1 saylı sərəncama əsasən balları artırmaq məqsədi ilə müəyyən edilmiş müddət sessiyanın ilk günündən başlayaraq 10 günədək (axırıncı imtahanadək) müəyyənləşdirilsin.  Göstərilən  müddət ərzində  magistrantlar tərəfindən həmin fənlər üzrə minimal bal həddi yerinə yetirilmədiyi təqdirdə onların universitetdən xaric olunması  məsələsinə baxılsın və bu barədə fakültə dekanlıqları tərəfindən rektorluğa müvafiq təkliflər verilsin. Belə hallar kütləvi olarsa  fakültə elmi şuralarında operativ təhlil edilsin və rektorluğa məlumat verilsin.

5. İmtahanların gedişində və yazı işlərinin yoxlanılmasında səlahiyyətlərindən sui-istifadə etmə hallarına yol vermiş fənn müəllimləri və nəzarətci-koordinatorlar imtahanlardan kənarlaşdırılsın və araşdırıldıqdan sonra bu barədə ciddi tədbirlər görülsün.

6. Sessiyanın nəticələrinə görə ayrı-ayrı fənlər üzrə ən aşağı göstəricilər fakültə dekanlıqları və fakültə elmi şuralarında ciddi müzakirə olunsun,  nəticəsi olaraq növbəti tədris ilində həmin fənləri tədris edən müəllimlərə dərs yükü ayrılan zaman nəzərə alınsın.

7. Sessiyanın sonunadək imtahanlara gəlməyən magistrantlar 3 gün müddətində  dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidirlər. Bu barədə fakültə dekanlıqları  magistranları qabaqcadan məlumatlandırsınlar.

8. Payız semestri ərzində tədris olunan bütün fənlərə ayrılmış ümumi saatların 30%-dan çoxunu buraxan magistrantların kecirilən proqramlara tam yiyələnmədikləri üçün mövcud əsasnaməyə müvafiq olaraq imtahan sessiyasına buraxılmasınlar və onların universitetdən xaric olunmaları haqqında təqdimatlar verilsin. Buraxılan dərslər üzürlü səbəbdən olduqda (xəstəlik ,ailə vəziyyəti və s.) həmin magistrantlar təkrar kursda saxlanılması məsələsinə baxılsın. Eyni zamanda, ayrı-ayrı fənlər üzrə ümumi saatların 30%-dən çoxunu buraxan magistrantlar da həmin fəndən imtahanlara buraxılmasınlar və bu barədə rektorluğa müvafiq məlumat verilsin. Bu məsələ rektorluqda təhlil edilərək  müvafiq qərar verilsin.

9. Sessiyanın nəticələrinə görə «qeyri-kafi» qiymət almış (o cümlədən üzürsüz səbəbdən sessiyaya gəlməmiş)  magistranların universitetdən xaric olunmaları haqqında sessiya başa catdıqdan 3 gün sonra rektorluğa müvafiq təqdimat verilsin.

10. Zərurət yarandığı hallarda elmi işlər üzrə prorektorun təklifi ilə sessiyanın gedişi rektorluqda müzakirə olunsun.

11.  Kənar şəxslərin imtahanda iştirakı qadağandır.

12.  Magistrantlar imtahanlara yalnız qiymət kitabçası ilə buraxılsınlar.

14. Tədris planlarına uyğun sessiyanı müvəffəqiyyətlə vermiş magistrantlara mövcud qaydada təqaüd verilməsi haqqında təqaüd komissiyasının qərarı mühasibatlığa və Magistratura və doktorantura şöbəsinə təqdim olunsun.

15. FAKÜLTƏDEKANLARINAVƏKAFEDRAMÜDİRLƏRİNƏ

TAPŞIRILSIN:

a) Semestr ərzində magistrantların dərslərə davamiyyətinə, mühazirə, seminar və laboratoriya dərslərində onların bilik səviyyəsinin  fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər və bu barədə  rektorluğa müvafiq təkliflər versinlər .

c)  Semestr ərzində ayrı-ayrı fənlər üzrə 17-dən az bal toplamış magistrantlar  həmin fəndən imtahana buraxılmasınlar və bu barədə rektorluğa  məlumat verilsin.

d) İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən istifadə hallarına  yol verən magistrantların auditoriyadan kənarlaşdırılması fakültə dekanlığı ilə razılaşdırıldıqdan sonra həyata keçirilsin. İmtahanın gedişində magistrantların telefon və digər texniki vasitələrdən istifadəsi qəti qadağandır.

e) ödənişli təhsil alan magistrantlar təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət etsinlər. Təhsil haqqını vaxtında ödəyə bilməyən magistrantlar sessiya müddətində sonuncu  imtahana buraxılmasınlar.

16. Tədris planında nəzərdə tutulmuş bütün «yetərli»lər  imtahan sessiyası başlanana qədər  başa çatdırılsın. «Yetərli»nin imtahana çevrilməsinə və onların qəbulu üçün əlavə vaxt ayrılmasına yol verilməyərək  son dərsdə yekunlaşdırılsın və yetərli  vərəqələri həmin gün dekanlıqlara təhvil verilsin.

17. İmtahanların gedişi ardıcıl surətdə yoxlanılsın, onların nəticələri kafedra iclaslarında və fakültə elmi  şuralarında müzakirə edilsin.

  1. 18. Qış  sessiyasının nəticəsinə görə  akademik borcu olan magistrantlara (Biologiya və Jurnalistika fakültələrinin I  kurs  magistrantları Boloniya sistemi tətbiq edildiyinə görə istisna olmaqla) həmin kəsirləri ləğv etmək üçün 2011-ci il  fevral ayının  25-dən  mart ayının      31-dək vaxt verilsin. Həmin müddət ərzində akademik borcların ləğvi 3 cəhd olmaqla aşağıdakı  qrafik üzrə keçirilsin:
  1. ·        «1» indeksli imtahan vərəqi ilə /I cəhd/   25.02.2011-dən –05.03.2011-dək
  • «2» indeksli imtahan vərəqi ilə /II cəhd/   07.03.2011-dən –17.03.2011-dək
  • «3» indeksli imtahan vərəqi ilə /III cəhd/  18.03.2011-dən –31.03.2011-dək

Göstərilən müddətdə akademik borcunu ləğv edə bilməyən magistrantlar universitetdən xaric edilsinlər. Dekanlıqlar akademik borcların ləğvinin gedişi haqqında hər cəhddən sonra Magistratura və Doktorantura şöbəsinə məlumat versinlər.

19. Elmi işlər üzrə prorektorun müavini Ə.N.Mirzəyevə və Magistratura və Doktorantura şöbəsinin  müdiri  dos.A.O.Məmmədovaya tapşırılsın:

a) İmtahanların mütəşəkkil keçirilməsi, onların gedişinə nəzarətin artırılması  məqsədilə fakültələr üzrə qrupların birləşdirilməsini və imtahan cədvəllərinin səmərəli tərtibinin koordinasiyasını təmin etsinlər. Bu məqsədlə imtahan cədvəllərinin tərtibi zamanı auditoriya fondu və koordinatorların sayı nəzərə alınsın.

b) İmtahan keçirilən günlərdə saat 1330-da kiçik  akt zalında  müəllim-koordinatorların iştirakını təmin etsinlər.

20.Elmi işlər üzrə prorektor prof.İ.Ə.Əliyevə tapşırılsın ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə apellyasiya komissiyasının yaradılması haqqında müvafiq sərəncam versin. Apellyasiya komissiyasında daxil olan ərizələrə  fevral  ayının 1-dək baxılsın.

21. MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİNİN MÜDİRİNƏ TAPŞIRILSIN:

a) İmtahan sessiyasının mövcud əsasnaməyə uyğun  keçirilməsinə, sessiyanın gedişini və nəticələrini əks etdirən bütün statistik forma və hesabatların  vaxtında tərtib edilməsinə  ciddi nəzarət etsin.

b) Akademik borcların ləğvi üçün imtahan vərəqələri (göndərişlər) müvafiq strukturlarda qeydiyyatdan keçmiş əsas imtahan vərəqələrində göstərilən kəsirlərin miqdarına uyğun   verilsin.

22. Rektorun 02.12.10-cu il tarixli R- 76 saylı 2010/2011-ci  tədris ilinin qış imtahan sessiyasının keçirilməsi haqqında  əmrində göstərilən digər müvafiq bəndlər bu əmrə də aid edilsin.

24.Əmrin icrasına nəzarət Elmi işlər üzrə prorektor prof.İ.Ə.Əliyevə tapşırılsın.

ƏSAS: Tədris  planları və mövcud Əsasnamə, əmrlər və sərəncamlar.

 

R E K T O R        akad. A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!