Azərbaycan Respublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏT UNİVERSİTETİ

ƏMR

02.12.10R-75

Bakı şəhəri

Məzmunu: 2010/2011-ci  tədris ilinin qış  imtahan sessiyasının keçirilməsi haqqında

2010/2011-ci tədris ilində universitetin əyani
şöbəsində qış imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə


Ə M R   E D İ R Ə M :

1. Tədris qrafiklərinə uyğun olaraq bakalavr pilləsi üzrə universitetin bütün fakültələrində dərslər 2010-cu  il dekabrın 30-da kəsilsin, qış imtahan sessiyası 2011-ci il  yanvarın 5-dan  31-dək  keçirilsin. Dövlət və semestr imtahanlarının test üsulu ilə  keçirilməsi haqqında verilmiş R-35 saylı 26.04.10-cu il tarixli əmr rəhbər tutulsun. İmtahanlar   saat  1000-da başlansın.  İmtahanlar bütün fakültələrdə monitorinq formasında aparılsın.
Sessiya dövründə  Qiyabi şöbə  və magistratura  üzrə dərslər və imtahanlar saat  1400-da keçirilsin.

2. Qış   imtahan sessiyasında tədris planlarına  uyğun  veriləcək  yetərli və imtahanların siyahısı mövcud əsasnaməyə uyğun olaraq müəyyənləşdirilsin və imtahan cədvəlləri təsdiq olunmuş həmin siyahıya əsasən tərtib edilsin. 2010/2011-ci tədris ilində Boloniya prosesində kredit  sistemi tətbiq olunan fakültələrin müvafiq qruplarında qış imtahan sessiyası «Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnaməyə», «Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında», eləcə də «Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamələrə»  müvafiq olaraq keçirilsin.
3.Tədris planında nəzərdə tutulmuş fənlər üzrə saatlar jurnalda fənn müəlliminin imzası ilə yekunlaşdıqdan və fakültə  dekanlarının ciddi nəzarəti ilə təsdiqləndikdən («imtahan götürülməsinə icazə verilir» sözləri yazılmaqla) sonra  yetərli  və   imtahan vərəqələri verilsin.
4. İmtahanların nəticəsi xüsusi forma əsasında kompüter texnologiyası ilə imtahan götürülən gün tələbələrə və fakültə dekanlığına təhfil verilsin.
5. Yetərli olan fənlər üzrə  tələbənin semestr ərzində topladığı ballar 26 –dan az olarsa, BDU üzrə verilmiş  6 may 2004 –cü il tarixli  14 saylı və 8 dekabr 2005-ci il tarixli 1 saylı sərəncamlara əsasən  balları artırmaq məqsədi ilə müəyyən edilmiş müddət sessiyanın ilk günündən başlayaraq 10 günədək   müəyyənləşdirilsin. Göstərilən  müddət ərzində  tələbələr tərəfindən həmin fənlər üzrə minimal bal həddi yerinə yetirilmədiyi təqdirdə onların universitetdən xaric olunması  məsələsinə baxılsın və bu barədə fakültə dekanlıqları tərəfindən rektorluğa müvafiq təkliflər verilsin. Belə hallar kütləvi olarsa  fakültə elmi şuralarında operativ təhlil edilsin və rektorluğa məlumat verilsin.
6. Tələbələrin kurs işlərinin müdafiəsi kafedralarda fakültə dekanı  tərəfindən təsdiq olunmuş  komissiya qarşısında   aparılsın və mövcud qaydada sənədləşdirilsin. Tələbə kurs işini yerinə yetirməzsə o həmin fəndən imtahana buraxılmasın.
7.Sessiyanın nəticələrinə görə ayrı-ayrı  fənlər üzrə ən aşağı  göstəricilər fakültə dekanlıqları və fakültə elmi şuralarında ciddi müzakirə olunsun və nəticəsi həmin fənləri tədris edən  müəllimlərə növbəti tədris ilində dərs yükü ayrılan zaman  nəzərə alınsın.
8.Sessiyanın sonunadək imtahanlara gəlməyən tələbələr 3 gün müddətində dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidirlər.  Bu barədə fakültə dekanlıqları tələbələri qabaqcadan məlumatlandırsınlar.
9. Payız semestri ərzində tədris olunan bütün fənlərə ayrılmış ümumi saatların 30 %-ni buraxan tələbələr keçirilən proqramlara tam yiyələnmədikləri üçün mövcud əsasnaməyə müvafiq olaraq imtahan sessiyasına buraxılmasınlar və onların universitetdən xaric olunmaları  haqqında  təqdimatlar verilsin. Buraxılan dərslər üzürlü səbəbdən olduqda  (xəstəlik, ailə vəziyyəti və s.) həmin tələbələrin təkrar kursda saxlanılması məsələsinə baxılsın . Eyni zamanda,  ayrı-ayrı fənlər üzrə ümumi saatların 30 %-dən çoxunu buraxan tələbələr də həmin fəndən imtahanlara buraxılmasınlar və bu barədə rektorluğa  müvafiq  məlumat vevrilsin. Bu məsələ rektorluqda təhlil edildikdən sonra müvafiq qərar verilsin.
10. Sessiyanın nəticələrinə görə üç və  daha çox fəndən «qeyri-kafi» qiymət almış (o cümlədən üzürsüz səbəbdən sessiyaya gəlməmiş) tələbələrin universitetdən xaric olunmaları haqqında  sessiya   başa  çatdıqdan  sonra  3  gün  müddətində  rektorluğa müvafiq təqdimat verilsin.
11. Zərurət yarandığı hallarda tədris işləri üzrə prorektorun təklifi ilə sessiyanın gedişi rektorluqda müzakirə olunsun.
12. Kənar şəxslərin  imtahan və məqbullarda iştirakı qadağandır.
13.Tələbələr imtahanlara yalnız qiymət kitabçası ilə buraxılsınlar.
14. Tədris planlarına uyğun sessiyanı müvəffəqiyyətlə vermiş tələbələrə mövcud qaydada təqaüd verilməsi haqqında təqaüd komissiyasının qərarı  mühasibatlığa və tədris hissəsinə  təqdim olunsun.

15.FAKÜLTƏ DEKANLARINA VƏ KAFEDRA MÜDİRLƏRİNƏ

TAPŞIRILSIN:
a) İmtahanların keçirilməsində tədris işləri üzrə prorektorun 09 saylı 14.03.2005-ci il tarixli sərəncamı rəhbər tutulsun.
b) Bütün tələbə qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar.
c) Semestr ərzində tələbələrin dərslərə davamiyyətinə, mühazirə mətnlərinin yoxlanılmasına, seminar və laboratoriya dərslərində onların bilik səviyyəsinin  fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər və bu barədə  rektorluğa müvafiq təkliflər versinlər . Tədris olunan fənlər  üzrə müvafiq kafedraların  müdirləri ilə birlikdə mühazirə mətnlərinin tərtibinə, kurs işlərinin  yerinə yetirilməsinə və müdafiəsinə, verilən balların miqdarının əsasnaməyə və bu barədə verilmiş  əmr və sərəncamlara uyğun düzgün qiymətləndirilməsini  təmin etsinlər.
e) Semestr ərzində ayrı-ayrı fənlər üzrə 17-dən az bal toplamış tələbələr həmin fəndən imtahana buraxılmasınlar və bu barədə rektorluğa  məlumat verilsin. Müvafiq strukturlar onların həmin fənlərdən 17-dən az bal toplama səbəblərini araşdırsınlar və əgər  zərurət yaranarsa həmin tələbələrlə  sessiyadan sonra – fevralın 16-dan martın 08-dək müddətində  əlavə  məşğul  olmaq  üçün  kafedralarda  müvafiq  şərait  yaradılmasını təmin etsinlər. Bu barədə verilmiş 13 fevral 2004-cü il tarixli 10 saylı sərəncama riayət edilsin.
f) İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən köçürmə hallarına yol verən tələbələrin auditoriyadan kənarlaşdırılması fakültə dekanlığı ilə razılaşdırıldıqdan sonra həyata keçirilsin. İmtahanın gedişində tələbələrin telefon və digər texniki vasitələrdən istifadəsi qəti qadağandır.
g) ödənişli təhsil alan tələbələrin təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət etsinlər. Təhsil haqqını vaxtında ödəyə bilməyən tələbələr sessiya müddətində sonuncu  imtahana buraxılmasınlar.
16.Tədris planında nəzərdə tutulmuş bütün «yetərli» lər  imtahan sessiyası başlanana qədər  başa çatdırılsın. «Yetərli»nin imtahana çevrilməsinə və onların qəbulu üçün əlavə vaxt ayrılmasına yol verilməyərək  son dərsdə yekunlaşdırılsın və yetərli  vərəqələri həmin gün dekanlıqlara təhvil verilsin.
17.İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülsün. Hər bir neqativ hal üçün fakültə dekanlarının və kafedra müdirlərinin birbaşa məsuliyyət daşıdıqları onların  nəzərinə çatdırılsın,  belə hallar baş verdikdə ciddi tədbirlər görsünlər və bu barədə rektorluğa müvafiq təkliflər versinlər.
18.İmtahanların gedişi ardıcıl surətdə yoxlanılsın, onların nəticələri kafedra iclaslarında və fakültə elmi  şuralarında müzakirə edilsin.
19. Qış sessiyasının nəticəsinə görə  akademik borcu olan tələbələrə həmin kəsirləri ləğv etmək üçün 2011-ci il  fevral  ayının  25-dən mart  ayının 31-dək vaxt verilsin. Həmin müddət ərzində akademik borcların ləğvi 3 cəhd olmaqla aşağıdakı  qrafik üzrə keçirilsin:

«1» indeksli imtahan vərəqi ilə /I cəhd/                 25.02.2011-dən– 05.03.2011-dək
·        «2» indeksli imtahan vərəqi ilə /II cəhd/                07.03.2011-dən– 17.03.2011-dək
·        «3» indeksli imtahan vərəqi ilə /III cəhd/               18.03.2011-dən– 31.03.2011-dək

Göstərilən müddətdə akademik borcunu ləğv edə bilməyən tələbələr universitetdən xaric edilsinlər. Fakültə dekanlıqları akademik borcların ləğvinin gedişi haqqında hər cəhddən sonra tədris hissəsinə məlumat versinlər.
20.Tədris Elektron Mərkəzinin müdiri dos. M.M.Qurbanovaya və tədris hissəsinin rəisi dos. İ.H.İbadova tapşırılsın:
a) İmtahanların mütəşəkkil keçirilməsi, onların gedişinə nəzarətin artırılması  məqsədilə fakültələrdə  eyni fənlər üzrə qrupların birləşdirilməsini və imtahan cədvəllərinin səmərəli tərtibinin koordinasiyasını təmin etsinlər. Bu məqsədlə imtahan cədvəllərinin tərtibi zamanı auditoriya fondu və koordinatorların sayı nəzərə alınsın.
b) İmtahanlarda 3 gün və daha artıq müddətdə  iştirak etməyən müəllim- koordinatorlardan izahat alınsın və müvafiq inzibati tədbir görülsün.
c) İmtahan keçirilən günlərdə saat 930-da böyük  akt zalında  müəllim-koordinatorların iştirakını təmin etsinlər. Koordinatorlar öz imtahan cədvəlləri haqqında  əvvəlcədən  yazılı məlumat versinlər.
22.Tədris işləri üzrə prorektor prof.V.Ə.Əfəndiyevə tapşırılsın ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə apelyasiya komissiyasının yaradılması haqqında müvafiq sərəncam versin. Apellyasiya komissiyasında daxil olan ərizələrə  fevral  ayının 1 -dək baxılsın.
23. Qış  imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsdəi ilə rektorluğun aşağıda adları qeyd olunan nümayəndələri müvaifq fakültələrə təhkim edilsinlər:

I. Hüquq, beynəlxalq münasibətlər və beynəlxalq hüquq və filologiya

fakültələri üzrə:

prof.İ.Ə.Əliyev                                         Elmi işlər   üzrə prorektor
dos. E.B.Hüseynov                                  Beynəlxalq əlaqələr üzrə prorektor

II.Fizika, kimya, biologiya,  coğrafiya, geologiya

fakültələri  üzrə:

III. Sosial elmlər və psixologiya, şərqşünaslıq, jurnalistika və

kitabxanaçılıq-informasiya fakültələri üzrə:

prof. M.Ş.Babayev                                       Qiyabi və əlavə təhsil üzrə prorektor

IV. Mexanika- riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika və

tarix fakültələri üzrə:

T.M.Sadıxov                                                   Hüquqşünas

24.  TƏDRİS ELEKTRON MƏRKƏZİNİN MÜDİRİNƏ VƏ

TƏDRİS HİSSƏSİNİN RƏİSİNƏ   TAPŞIRILSIN:

a) İmtahan sessiyasının mövcud əsasnaməyə uyğun  keçirilməsinə, sessiyanın gedişini və nəticələrini əks etdirən bütün statistik forma və hesabatların  vaxtında tərtib edilməsinə  ciddi nəzarət etsin.
b) Akademik borcların ləğvi üçün imtahan vərəqələri (göndərişlər) müvafiq strukturlarda qeydiyyatdan keçmiş əsas imtahan vərəqələrində göstərilən kəsirlərin miqdarına uyğun   verilsin.

25. İNFORMASİYA TEXNOLOGİYALARI MƏRKƏZİNİN RƏHBƏRİ
Ə.Ş.SADAYEVƏ TAPŞIRILSIN :


Testlərin kompyüter işlənmələri barədə  fakültələrin təqdimatına əsasən tyutorları, magistrantları  və  digər texniki personalı  təlimatlandırsın və kompyüter bazasının məxfi saxlanılmasına ciddi nəzarət etsin.
26.ELMİ KİTABXANANIN DİREKTORUNA

TAPŞIRILSIN:

Sessiya müddətində elmi kitabxananın saat 1000-dan 2000-dək fəaliyyət göstərməsini  təmin etsin və fakültə dekanları ilə birlikdə tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunmasına lazımı şərait yaratsın.

27.HUMANİTAR MƏSƏLƏLƏR VƏ İNZİBATİ-TƏSƏRRÜFAT  İŞLƏRİ

ÜZRƏ PROREKTORLARA  TAPŞIRILSIN:

b) Tələbə bileti və ya vəsiqəsi olmayan şəxslərin giriş qapısından buraxılmamasına ciddi  nəzarət təşkil  edilsin.

28BAKIUNİVERSİTETİ» QƏZETİNİNREDAKTORUNA

TAPŞIRILSIN:

Sessiyaya hazırlıq və onun gedişi müntəzəm surətdə qəzetin səhifələrində işıqlandırlsın.
29.UNİVERSİTET VƏ FAKÜLTƏ TƏLƏBƏ HƏMKARLAR TƏŞKİLATLARININ  VƏ TƏLƏBƏ CƏNGLƏR TƏŞKİLATININ
SƏDRLƏRİNƏ TAPŞIRILSIN:

Sessiya müddətində imtahanların gedişində yaxından iştirak etsinlər və müntəzəm olaraq rektorluğa və fakültə dekanlıqlarına müvafiq məlumat versinlər.
30. Bu əmr fakültə elmi  şuralaırnda, dekanlıqların və kafedraların iclaslarında professor-müəllim heyətinin (imza edilməklə) nəzərinə çatdırılsın və fakültənin elanlar  lövhəsindən asılsın.
31.Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektor prof. V.Ə.Əfəndiyevə həvalə edilsin.
ƏSAS: Tədris  qrafiki və mövcud Əsasnamə, əmrlər və sərəncamlar.

R E K T O R akademik A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!