Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə

Hörmətli müəllimlər!
Əziz tələbələr!
Respublikamızın ilk ali təhsil ocağı - Bakı Dövlət Universitetinin 80 illik yubileyi münasibətilə sizi, ölkəmizin bütün təhsil işçilərini səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının XX əsrin əvvəllərindən başlamış kütləvi şəkildə maariflənməsi, savadlanması prosesində Bakı Dövlət Universitetinin açılması əlamətdar tarixi bir hadisə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşəbbüsü ilə Azərbaycanda ilk ali təhsil ocağının yaranması o dövrdə gedən tarixi proseslərdən doğan bir zərurət idi.
Bakı Dövlət Universiteti 80 illik fəaliyyəti dövründə Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək xalqımız qarşısında əvəzsiz xidmətlər göstərmişdir. Əslində, universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı tarixidir.
Respublikamızda ali təhsilin inkişafında universitet müstəsna rol oynamışdır. İndi ölkəmizdə onlarla ali məktəb mərkəzlərinin mövcüd oması, Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olması məhs Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafına da olduqca güclü təsir göstərmişdir. O, yarandığı ilk dövrdən Azərbaycanda Elmi-Tədqiqat Mərkəzinə çevrilmişdir.Bu gün Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutların əksəriyyəti Bakı Dövlət Universiteti ilə bu və ya digər dərəcədə bağlıdır.
Azərbaycanın tərəqqisi, inkişafı və çiçəklənməsi uğrunda böyük əzmlə çalışan vətənpərvər ziyayıların çoxu bu milli təhsil ocağının yetirmələri olmuşdur. Universitet 80 illik tarixi ərzində respublikamızın elm, mədəniyyət və ədəbiyyət sahələrinə görkəmli similar bəxş etmişdir. Diqqətə layiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şuurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm.Əminəm ki, siz ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün əllərindən gələni əsirgəməmiş həmin nəsillərin ənənələrini ləyaqətlə davam etdirəcək və Azərbaycan Respubliikasının müstəqilliyinin, milli dövlətçiliyinin qorunub möhkəmləndirilməsi işinə sədaqətlə xidmət göstərəcək milli kadrların yetişdirilməsində var qüvvənizi sərf edəcəksiniz.
Bu əlamətdar günlərdə sizə - universitetin tələbə-müəllim heyətinə, bütün məzunlarına, respublikamızın təhsil işçilərinə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 28 dekabr 1999-cu il

“Azərbaycan” qəzeti, 29 dekabr 1999-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!