Müdrikliyin fəlsəfəsi, yaxud filosofların müdriki

Fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri Həmid İmanovun yetmiş beş yaşı tamam olduE Azərbaycanda fəlsəfə elmləri ilə bu və ya digər səviyyədə məşğul olan elə bir mütəxəssis təsəvvür etmək mümkün deyil ki, onun haçansa ya tələbəsi, ya aspirantı olmamış, ya da bu mütəfəkkir insanın xeyirxahlığından faydalanmamış olsun. Həmid İmanov dünyanın ən universal, ən müdrik elmini sadəcə bir ixtisas fənni kimi mənimsəməmişdir - o, bu idrak-təfəkkür sferasına (miqyasına!) fitri istedadın qarşısıalınmaz inersiyası (enerjisi!) ilə gəlmişdir. Və onu az və ya çox dərəcədə tanıyanların, demək olar, hamısı bilir ki, Həmid İmanov müxtəlif problemlərə onların ən qeyri-standart, ən ixtiyari təzahürlərində belə obyektiv, yaxud adekvat təfsir - şərh verməyi bacaran ən münasib çıxış yollarını göstərə bilən təfəkkür sahiblərindən biri, çox hallarda birincisidir.
Həmid Rza oğlu İmanov 1932- ci ildə, müasir Azərbaycan fəlsəfə elminə, ictimai-fəlsəfi təfəkkürünə görkəmli xadimlər vermiş Gədəbəydə dünyaya gəlmişdir. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin fəlsəfə fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra aspiranturada saxlanılmış, böyük alim-filosof Möhbalı Qasımovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib universitetdə müəllimlik fəaliyyətinə başlamışdır. Sosial fəlsəfə, yaxud cəmiyyət fəlsəfəsi (yaxud da o zamanlar deyildiyi kimi, \"tarixi materializm\") sahəsində araşdırmalarını ardıcıl bir şəkildə davam etdirən gənc mütəfəkkirin yaradıcılıq taleyinə təsir göstərən ən böyük göstərici onun idrak-düşüncə texnologiyalarının öz mənbəyini mənsub olduğu xalqın təbii və (tükənməz) müdrikliyindən alması, \"fəlsəfi mənliy\"ini nə qədər cazibədar görünsə də, yad təfəkkür modelləri üzərində qurmaması idi. Və Həmid İmanovun bu \"metafizika\"sı imkan verdi ki, o, ən \"subyektiv idealizm\"dən ən \"vulqar materializm\"ə qədər ən müxtəlif fəlsəfi cərəyanların, axınların fövqündə dayana, xalq müdrikliyini müasir fəlsəfənin anlayışları (terminologiyası!) ilə təfsir edə bilsinE Elə ona görədir ki, Kantın, Hegelin, Marksın (və xüsusilə bu gün dəbdə olan filosofların) fikirlərini, müddəalarını əzbərlyib öz \"emosional interpretasiya\"sında cəmiyyətə təqdim edən \"filosof\"lardan, fəlsəfə müəllimlərindən fərqli olaraq Həmid İmanov, sözün həqiqi mənasında, bir filosof- mütəfəkkir ömrü yaşamaqda davam edir. Onun üçün həyat bütün mürəkkəbliyi, problemləri ilə hər hansı mükəmməl nəzəriyyədən daha kamil, insan idrakının fəaliyyət meydanı olaraq daha maraqlı, daha cəlbedicidirE
Uzun illərin müşahidələrinə, təhlillərinə əsaslanaraq deyə bilərəm ki, Həmid İmanovun şəxsiyyətində üzvü şəkildə birləşən bir neçə \"kompleks\" vardır ki, bunlardan yalnız birinin kimdəsə bu mükəmməllikdə olması böyük xoşbəxtlikdirE
Bunlardan birincisi Həmid İmanovun yüksək (və çevik!) intellekti, zəngin praktik və nəzəri informasiyaya əsaslanan səlis (və hamı üçün anlaşıqlı!) məntiqi, ümumidə xüsusini (və əksinə) görmək bacarığı, aydın obrazlar və ya modellərə dayanan fövqəladə yaddaşıdırE Kifayət qədər gənc yaşlarında namizədlik, doktorluq dissertasiyaları müdafiə edən; respublikanın və keçmiş Sovetlər Birliyinin elmi ictimaiyyəti arasında monoqrafiyaları, məqalələri, dərslikləri ilə böyük nüfuz qazanan, onlarla fəlsəfə elmləri namizədləri və doktorları yetişdirən Həmid İmanov özünün alim-mütəfəkkir-müəllim missiyasını həmişə - həyatının, fəaliyyətinin və yaradıcılığının hər bir mərhələsində şərəflə yerinə yetirmişdir.
Onun şəxsiyyətində təzahür edən ikinci kompleks ağsaqqallıq, rəhbərlik istedadı, qabiliyyətidir ki, bunu insana tanrı verir - Həmid İmanov artıq neçə on illərdir ki, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasına, müdafiə şuralarına, universitetdə yaradılmış müxtəlif fövqəladə komissiyalara bacarıqla başçılıq edir. Və bir sıra mürəkkəb problemlərin obyektiv həllində, münaqişələrin aradan qaldırılmasında, sağlam elmi- pedaqoji mühitin yaradılmasında onun xidmətləri danılmazdır. Həmid müəllimin bəzən bir kəlmə sözü kifayət edir ki, hər hansı anlaşılmazlıq, gərginlik ortadan götürülsün, işgüzar, səmimi münasibət bərpa olunsun.
Üçüncüsü (və ən başlıcası!), Həmid İmanov səmimidir, sözün ən geniş mənasında, obyektivdir - əgər belə olmasaydı, onun intellekti kimsəyə lazım gəlməz, ağsaqqallığı bu qədər davamlı (və genişmiqyaslı) olmazdıE Böyük şəxsiyyətlərin səmimiliyi, hər şeydən əvvəl, özünə, öz ehtiras (və maraqlarına!) münasibətdən başlayır; hələ heç kim görməyib ki, Həmid İmanov hər hansı \"marağ\"ını pərdələnmiş, yüz cür dona bürünmüş şəkildə təqdim etsin, yaxud kiminsə konyuktur istəklərini \"taleyin hökmü\" saysın. O, bu və ya digər subyektiv iradəni müdafiə edə bilər, lakin həmin iradə öz \"miqyas\"ından çıxarsa, özünümüdafiə əndazəsini keçib kiminsə təbii aurasına müdaxilə eləməyə cəsarət edərsə, obyektiv və səmimi müdafiəçisini itirəcəkdir.
Dördüncüsü, Həmid İmanov heç bir təmanna gözləməyən, heç bir əvəz istəməyən dostdur. Onun üçün dostluğun hüdudu, mizan-tərəzisi yoxdurE Ona dost əli uzadan, ondan kömək istəyən hər bir kəsə yardım etməyə həmişə hazırdır. Öz yüksək intellekti (və uzaqgörənliyi), uzun illərin təcrübəsi əsasında çox yaxşı bilir ki, ən namərd adama belə edilən yaxşılıq nə zamansa öz təsirini göstərəcəkdirE Ən dözülməzi (və məntiqsizi) odur ki, dostluqdan, yaxud əl tutmaqdan müxtəlif bəhanələrlə imtina edəsənE
Və nəhayət, Həmid İmanov dünyanın ən nikbin mütəfəkkirlərindən biridirE Onu nədənsə şikayətlənən, hansısa problem qarşısında özünü itirən, yaxud xəyal qırıqlığına uğrayan görmək mümkün deyil. O, \"Süleymana qalmayan dünya\" ilə necə rəftar eləməyin yüz üsulu varsa, yüzünü də bilirE Onun hər cür müasir fəlsəfədən kəsərli olan müdrik \"kəndçi təfəkkürü\", sağlam \"ayrım məntiqi\" həmişə ən modern biclikləri belə öz nikbin təmkini ilə tar- mar edirE
Həmid İmanovun çoxkompleksliliyi mənə, hər şeydən əvvəl, ağ işığın çoxspektrliliyini xatırladır - sən daxilən mürəkkəb bu işığın təbii (və səmimi!) sadəlövhlüyü altında yol gedə, mənzil başına çata bilərsənE Və heç zaman ağlına da gəlməz ki, həmin işığa minnətdar olmalısan. Elə biləcəksən ki, o, Tanrının işığıdırE
Elə filosoflar, mütəfəkkirlər olmuşlar ki, həyatın mənasını, mündərəcəsini başqalarına - müasirlərinə, yaxud özlərindən sonra gələnlərə sözlə, elələri də olmuşlar ki, öz həyat təcrübələri ilə diktə etmişlər. Həmid İmanov həyat (əslində, həyatının!) filosofudur; o nə təcrübə aparmışdırsa, məhz öz üzərində aparmışdır, heç zaman, heç kimi incitməmişdirE
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bakı Dövlət Universitetinin yubileyi günlərində professor Həmid İmanovu \"Şöhrət\" ordeni ilə təltif etməklə onun əməyinə, intellektinə yüksək qiymət vermişdir. Bu, tarixi bir mükafat, ümummilli bir dəyərləndirmə idiE Və mən əminəm ki, Həmid İmanov dünən, bu gün hansı enerji və müdriklik ilə fəaliyyət göstərmişsə, sabah da, o biri gün də həmin (və bəlkə də daha artıq) enerji (və müdriklik) ilə fəaliyyət göstərəcəkdir.

Nizami CƏFƏROV,
professor, əməkdar elm xadimi,
Azərbaycan MEA-nın müxbir üzvü,
Milli Məclisin deputatı.

"Azərbaycan" qəzeti, 15 fevral 2007-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!