1919 - Universitet təsis edilib. Tarix-filologiya və tibb fakültələri açılıb.
1920 - Fizika-riyaziyyat fakültəsi açılıb.
1921 - Azərbaycan (türk) dilində tədris başlanıb.
1921 - «Elmi xəbərlər» jurnalı çap olunmağa başlanıb.
1922 - Adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti edilib. Müstəqil şərqşünasliq fakültəsi yaranıb.
1924 - Universitetə Leninin adı verilib.
1926 - Universitetə ilk Azərbaycanlı rektor təyin edilib.
1928 - Hüquq fakültəsi yaradılıb.
1929 - 10 illik yubiley qeyd edilib.
1930 - Yeni Universitet şəhərciyinin tikilməsi haqda qərar qəbul olunub.
1930 - Müstəqil ali məktəblər bəhanəsiylə universitet bağlanıb.
1934 - ADU yenidən fəaliyyətə başlayıb. Kimya fakültəsi açılıb. Biologiya fakültəsi müstəqil fakültə olub.
1937 - Onlarla tanınmış ziyalı repressiyaya məruz qalıb, 4 rektor və 100 əməkdaş güllələnib.
1939 - Universitetə Kirovun adı verilib.
1941 - ADPU, ADİU, ADBTİA, ADU universitetə birləşdirilib.
1941 - Rektor və həmin ilin bütün məzunları cəbhəyə yollanıb.
1943 - Geologiya və coğrafiya fakültələri yaranıb.
1945 - BDU-nun Bazası əsasında AMEA təşkil edilib.
1957 - Ümummilli lider H.Əliyev tarix fakültəsini bitirib.
1958 - Müstəqil fizika fakültəsi yaranıb. Müstəqil Mexanika-riyaziyyat fakültəsi yaranıb.
1962 - Müstəqil kitabxanaçılıq-informasiya fakültəsi yaranıb.
1964 - Əsas tədris binası istifadəyə verilib.
1969 - 50 illik yubileyi qeyd edilib. Müstəqil Jurnalistika fakültəsi yaranıb.
1971 - Universitet Qırmızı Əmək bayrağı ordeni ilə təltif edilib.
1972 - Tətbiqi-riyaziyyat və kibernetika fakültəsi yaranıb.
1974 - Kitabxanaya Elmi kitabxana statusu verilib.
1977 - Birinci tədris korpusu istifadəyə verilib.
1987 - İkinci tədris korpusu istifadəyə verilib.
1990 - Universitetə M.Ə.Rəsulzadənin adı verilib.
1991 - Müstəqil geologiya fakültəsi yaranıb.
- Müstəqil coğrafiya fakültəsi yaranıb.
- Sosial elmlər və psixologiya fakültəsi yaranıb.
- Tətbiqi-riyaziyyat ETİ yaranıb.
- Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaranıb.
1992 - İlahiyyat fakültəsi yaranıb.
1994 - Ümummilli lider H.Əliyev BDU-nun «Fəxri doktoru» seçilib.
1994 - Universitetin 75 illik yubileyi qeyd edilib.
1999 - Lokal internet şəbəkəsi istifadəyə verilib.
2000 - 80 illik yubileyi qeyd edilib.
2000 - İlkin adı - Bakı Dövlət Universiteti bərpa edilib.
2001 - İdman kompleksi istifadəyə verilib.
2002 - BDU Qaradəniz Hövzəsi Universitetlər Assosiasiyasının mərkəzi seçilib.
2002 - Nəşriyyat istifadəyə verilib.
2003 - Üzgüçülük kompleksi istifadəyə verilib.
2005 - Yeni Elmi-tədqiqat laboratoriyaları və Fizika İnstitutu istifadəyə verilib.
2006 - «Gənc istedadlar» liseyi istifadəyə verilib.
2006 - «Bakı Universiteti» yaşayış kompleksinin tikintisi başlanıb.
2008 - Yeni tədris korpusu istifadəyə verilib.
2009 - 90 illik yubiley qeyd edilib.
2010 - Tədris Elektron Mərkəzi yaradılıb.
2011 - Ekologiya və torpaqşünaslıq fakültəsi açılıb.
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!
«Bakı Universiteti» nəşriyyatı fəaliyyəti...
BDU-da fəaliyyət göstərən yeməkxanalar haqqında hazırladığımız reportaj...