Filoloq-bəstəkarın yubiley konserti

Fikrət Firuz oğlu Əlizadə 1951-ci il mayın 13-də həkim ailəsində anadan olub. 1976-cı ildə BDU-nun filologiya fakültəsini bitirib. Həyatın rəngarəngliyini dərk etmək həvəsi, ona bir sıra fərqli sahələri öyrənmək imkanı verib. Nəticədə, elmdə /dilçilik, poliqlotluq/, incəsənətdə, musiqidə /kino, rəsm/, idmanda /şahmat, kunq-fu/, alternativ təbabətdə /bioterapya/ sahələrini öyrənib. 40-a yaxın kursun, təşkilatın sənədlərinə yiyələnib, 20-yə yaxın dil kursu ilə bağlı attestat, şəhadətnamə və diplomlar alıb.
1967-ci ildən həvəskar kinofilmlər çəkməyə başlamış, daha sonra «Aktiv» Kino Həvəskarlar Klubunun üzvü olub. Gənc yaşlarında C.Cabbarlı adına «Azərbaycan –film» kinostudiyasında film üzü çıxaran işləyib. 1980-cı ildə o, BDU-nun mərhum professoru, kafedra müdiri və elmi rəhbəri olan dilçi –alim Əlövsət Abdullayevə həsr etdiyi «Yaşıd» həvəskar filminə görə 1989-cu ildə 11 yerə layiq görülüb. F.Əlizadə 20 ildən çoxdur ki, onlarla film, reklamlara çəkilib.

O, rəsmə də çox meylli olduğu üçün, müxtəlif səpgili şəkillər çəkib. Universitetin 90 illik yubileyinin rəsmi müsabiqəsinin qaliblərindən biri olub.
F.Əlizadə BDU-da pedaqoji fəaliyyətə ərəb, fars, rus, ivri, daha sonra Azərbaycan dillərindən dərs deməklə başlayıb. 1990-cı ildə dilçilikdə yeni və çox mürəkkəb hesab olunan aktual üzvlənmə problemi ilə bağlı mövzuda «Müasir Azərbaycan dilində cümlənin aktual üzvlənməsi» namizədlik dissertasiyasını müdafiə edib.
2008-ci ildə türkologiyada heç işlənməmiş, dilçilikdə çox yeni olan problemə - funksional sintaksisə aid «Azərbaycan dili funksional sintaksisin nəzəri problemləri» mövzusunda doktorluq dissertasiyasını tamamlamış, hazırda müdafiə ərəfəsindədir. O, filologiya fakültəsinin nəzdində «Poliqlot» dil kursu yaradıb, «Gənc dilçilər» dərnəyinin fəal təşkilatçısı və iştirakçılarından olub. 100-dən artıq elmi məqaləsi var. Onlarla beynəlxalq, respublika konfrans və simpoziumlarının iştirakçısıdır. 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür və Gender araşdırmaları mərkəzinin üzvüdür. Mətbuatda və bütün teleradio kanallarda müxtəlif problemlərlə bağlı çıxışlar edir. Onlarla kitabın redaktorudur. Musiqiyə olan dərin məhəbbəti nəticəsində o, 1979-cu ildə Azərbaycan Xalq Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. 100-ə qədər mahnı, rəqs, musiqi hekayəsi, prelüd, variasiya, kino, teatr musiqisi və s.yazıb. Əsərlərini «Cücələrim», «Səyyah» uşaq rəqs və vokal qrupları dünyanın bir sıra ölkələrində ifa edir. Mahnıları məşhur müğənnilər tərəfindən oxunur. Onun 1987-ci ildə SSRİ çərçivəsində keçirilən Ümumittifaq musiqi müsabiqəsində qalib gələn ilk mahnısı «Mənim anam» /soz: Aslan Aslanov/ olmuş, sonralar bu mahnı Gülağa Məmmədovun ifasında Xalq Çalğı Alətləri Orkestri ilə lentə alınıb. Həmin mahnıya görə SSRİ Bəstəkarlar İttifaqının sədri Tixori Xrenni Kovun qolu ilə diploma layiq görülüb. «Həsrətinə dözə bilmirəm» mahnısı (sözləri Səlim Həqqi) uzun illərdir ki, Brilliant Dadaşovanın ifasında həm respublikamızda, həm də onun hüdudlarından kənarda səslənir. 20 ildən artıqdır ki, erməni qəsbkarlarına etiraz olaraq yazdığı Azər Zeynalovun oxuduğu «Vətənim» (sözlər Nüsrət Kəsəmənli) mahnısından televerilişlərdə ilk video klipli vətənpərvər musiqi kimi istifadə olunur.  Onun Bakıda Qərb Universitetində keçirilən Beynəlxalq Gender Konfransında “Dil və qarşılıqlı cins münasibətləri” mövzusunda çıxışı çox böyük rəğbətlə qarşılanıb.

Finlandiyaya həsr etdiyi «Qarlı sakit ölkə» mahnısı hər il dekabrın 6-da hər iki dildə –Azərbaycan-Finlandiya Cəmiyyətinin dostluq rəmzi kimi səsləndirilir.
F.Əlizadə şahmat üzrə idman ustası, məşqçi, birinci dərəcəli hakim, şahmat problisti olaraq bir sıra şəhər, respublika və dünya yarışlarında (əyani və yazışma üzrə) uğurla çıxış edib, qrossmeystr Azər Zeynalov, Cəmi Ağamalıyev, beynəlxalq usta Samir Bədəlov kimi bir sıra dünya miqyaslı şahmatçılarına çempionların ilk məşqçisi olub. İlk dəfə Uşaq-Gənclər Yaradıcılıq Sarayında şahmat dərnəyinin rəhbəri kimi orijinal üslubda dərs dediyinə görə Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən keçirilən müsabiqədə «ilin ən yaxşı müəllimi» adına layiq görülüb. Alternativ təbabətlə əlaqədar olaraq onu Türkiyəyə dəvət edilib. 1995-2005-ci illər arasında qış-yay tətillərində qardaş ölkədə bioterapevt kimi bir sıra adi və çox tanınmış şəxslərə şəfa verib, hətta 15 il ayaqları iflic olan yaşlı qadın gəzməyə başlayır.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!