BDU-nun ən məşhur məzunu

Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyil. Bakı Dövlət Universiteti böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirib. Tam məsuliyyətlə demək olar ki, Bakı Dövlət Universitetinin ən böyük məzunu, öz xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcədə bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının lideri Heydər Əlirza oğlu Əliyevdir.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən bütün çətinliklərə sinə gələrək xalqın rifah halının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirdi. Cəmiyyəti bütün sahələrdə zəngin mədəni irsini yaşadaraq milli-mənəvi yüksəlişlərə ruhlandırdı. Ümummilli lider Heydər Əliyevin əzmkarlığı sayəsində keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə tikilən iri  müəssisələr bu günün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına təkan verən möhkəm təməldir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev o dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində də xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni reallığa çevirmişdir. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsl liderlərə məxsus bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.

Xalqın Heydər Əliyev fenomeninə olan böyük inamı və bu inama olan yüksək ehtiram sarsılmaz vəhdət yaradaraq bütövlükdə Azərbaycan dövlətçiliyini məhv olmaq, ölkəni parçalanmaq, vətəndaşı isə qardaş qırğını təhlükəsindən hifz etmişdir. Bu mənada 1993-cü ildən Azərbaycanda əldə edilmiş milli birlik respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Ulu öndərin sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Ulu öndər malik olduğu yüksək dövlətçilik siyasəti ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsl liderlərə məxsuz bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.

Cəmiyyətdə nizam-intizamın, haqq ədalətin təmin olunmasında ulu öndər Heydər Əliyevin çox böyük zəhmətləri olub. Ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. Məhz ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar doğma yurda  qayıdaraq xalqımıza şərəf və ləyaqətlə xidmət etdilər. Bu xidmətin isə yüksək səviyyədə olması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderin dövlətçilik fəlsəfəsinin qayəsində isə əsas yeri elm, təhsil və xalqın xoşbəxt gələcəyi üçün etdikləri durur. Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev təhsil sistemində olan çatışmazlıqları aradan qaldırmaq üçün çox böyük əziyyətlər çəkdi.

1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə xaricdə təhsil alan mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum. Ulu öndərin yürütdüyü siyasət nəticəsində dövlətimiz təhsil sahəsində bir çox irəliləyişlərə nail oldu.

Ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə respublikanın çağdaş tarixində dönüş mərhələsi kimi dəyərləndirilir. Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun hər il Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır. Milli Məclisin qərarında vurğulanırdı ki, "zərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin, şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "...ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" - deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi".

Ulu öndərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, vətəninə layiqli, yüksək səviyyəli mütəxəssini yetişdirməkdən ibarətdir. "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" - deyən ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1999-cu ildə 80 illik yubiley mərasiminin keçirilməsi yenə də ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Təsadüfi deyildir ki, universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəkliklərə qaldırdığına görə, Bakı Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir. Böyük strateq Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən mühüm və unudulmaz addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsidir. Müəyyən prinsiplər əsasında ali məktəbə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş,  təhsilin inkişafına yeniliklər gətirmiş, eyni zamanda beynəlxalq əlaqələrin genişlənməsini təmin etmişdir.

Qeyd: Məqalə BDU-nun keçirtdiyi müsabiqəyə təqdim olunur.

Pərvin ARZUQIZ,
Modernşaz, 23 aprel 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!