Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu Heydər Əliyevin doğma Vətən və xalq qarşısında xidmətləri misilsizdir

O, böyük dühadır, o, sönməz işıq,

Ardınca sabaha yollanır millət.

Qarşıda olsa da zülmət, qaranlıq

Onu boğacaqdır bu ulu qüdrət.

Bakı, 13 aprel (AzərTAc). “Azərbaycan xalqı-Heydər Əliyev”, Heydər Əliyev-Azərbaycan xalqı”. Bu müdrik kəlamlar xalqımızın qəlbindən, ruhundan, milli təfəkkür və fəlsəfəsindən, duyğusundan doğmuşdur. Həqiqətən də xalqı Heydər Əliyevdən, Heydər Əliyevi xalqdan ayrı düşünmək mümkün deyildir. Çünki doğma xalqın xoşbəxtliyi, müstəqil dövlətimizin yaranması, inkişafı, dünyaya tanınması yalnız və yalnız ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Ulu öndər istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən öz böyük xilaskarlıq rolunu göstərmişdir.

1988-1992-ci illərdə bir tərəfdən qəsbkar Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, digər tərəfdən daxildəki hərc-mərclik, özbaşınalıq Azərbaycanı parçalanmaq və dağılmaq həddinə gətirmişdi. O zaman xalqın ümidi, inamı yalnız Heydər Əliyevə idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev qısa müddətdə respublikanı düçar olduğu mövcud çətinliklərdən xilas etdi, onu dayanıqlı və davamlı inkişaf yoluna çıxartdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin, dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar ilə əlaqələrinin əsaslarını qoymuş, inkişaf strategiyasını müəyyənləşdirmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Müdrik şəxsiyyət Heydər Əliyev ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan çox sürətlə inkişaf edir, onun dünyada nüfuzu daha da yüksəlir. 2013-cü ildə ölkənin dövlət büdcəsi 20 milyard manata yaxın məbləğdə olmuşdur (1992-ci ildə bu rəqəm sıfıra bərabər idi). 2012-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bütün uğurlar, nailiyyətlər ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsidir.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dünyaşöhrətli dahi oğludur. Müdrik rəhbərin zəngin siyasi-fəlsəfi irsi, baxışları, dövlətçilik təcrübəsi bütün dünyada böyük maraq doğurmuşdur. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov “Dövlət siyasətinin informasiya təminatı” kitabında yazır: “Heydər Əliyevin böyüklüyü bütün dünyada etiraf edilmişdir: onu fenomenal şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik olan şəksiz lider hesab edirlər.

...Heydər Əliyevin hakimiyyətin yüksək pilləsində bir qərinə sürən siyasi uzunömürlülüyü ərzindəki nəhəng fəaliyyətini, sadəcə, göz önünə gətirəndə onun fövqəladə şəxsiyyət olduğunu görməmək mümkün deyildir.

...Heydər Əliyev və Azərbaycan. İndi artıq zərb-məsəl kimi səslənən bu sözlərin necə dərin məna daşıdığını hamımız bilirik. Çünki Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olması danılmaz həqiqətdir”.

Qüdrətli şəxsiyyət Heydər Əliyev həm Qərbdə, həm də Şərqdə misilsiz şöhrət qazanmışdır. ABŞ-ın sabiq prezidenti Corc Buş “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasət nəhəngi idi” fikirləri ilə Heydər Əliyevin böyüklüyünü, dahiliyini göstərmişlər.

Digər sahələrlə yanaşı, daim elm və təhsilə böyük önəm verən ümummilli lider Heydər Əliyev məzunu və fəxri doktoru olduğu Bakı Dövlət Universitetinin (BDU) inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.

Dahi rəhbər dəfələrlə BDU-da olmuş və tarixi çıxışlar etmişdir. Bakı Dövlət Universitetinin 50 illik yubileyində sovet rejiminin tətbiq etdiyi bütün qadağaları aşan və o dövr üçün inqilaba bərabər bir hadisə baş vermişdir. 1969-cu il noyabrın 1-də BDU-nun yaradılmasının 50 illiyi münasibəti ilə keçirilən yubiley tədbirində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev iştirak etdi və ana dilində nitq söylədi. Müdrik rəhbər Heydər Əliyevin nitqini ana dilində söyləməsi böyük tarixi əhəmiyyət kəsb edirdi. O vaxtadək çoxları respublika rəhbərinin ana dilində nitq söyləyəcəyini düşünmürdü. Sovet sistemi şəraitində milli dildə nitqlərə mərkəzdə o qədər də rəğbətlə yanaşmırdılar. Respublika rəhbərləri əsasən rus dilində nitq söyləyirdilər. Heydər Əliyev mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan sonsuz məhəbbətini nümayiş etdirmədi, eyni zamanda, bütün Azərbaycan cəmiyyətinə bu yolda bir nümunə göstərdi. Həmin tədbirdə iştirakı və ana dilində nitqi ilə Heydər Əliyev milli ruhu, milli duyğuları yüksəltdi.

Ulu öndərin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsdiq olundu.

Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinin fəaliyyətini daim yüksək dəyərləndirmişdir. Ulu öndər demişdir: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir”.

Dahi rəhbər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin böyük qayğısı sayəsində Bakı Dövlət Universiteti inkişaf etmiş və dünya universitetləri arasında öz mövqeyini tutmuşdur.

2012-ci ildə BDU “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2 min universitetinin siyahısına daxil edilmişdir.

Dünyada təxminən 20 min ali məktəb fəaliyyət göstərir. 700 top universitet siyahısına düşmək dünyada 4 faiz təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.

Bakı Dövlət Universiteti dünya şöhrətli məzunu Heydər Əliyev ilə daim fəxr edir, sonsuz qürur hisləri keçirir.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov “Bakı Dövlət Universiteti” kitabında yazır: “…Bakı Dövlət Universitetinin ən böyük məzunu, öz xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcədə bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının lideri Heydər Əlirza oğlu Əliyevdir. Bakı Dövlət Universitetinin Heydər Əliyev qədər həm bütün Azərbaycan xalqının, həm də universitetimizin şöhrətini yüksəklərə qaldıran, millətinə xidmət göstərən ikinci məzunu yoxdur!

Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var! Azərbaycan xalqı xoşbəxtdir ki, onun ümummilli lideri var!”

Məqalə BDU-nun keçirdiyi müvafiq müsabiqəyə təqdim olunur.

İbrahim Əsədov,
AzərTAc-ın müxbiri,
"İki sahil" qəzeti, 16 aprel 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!