Azərbaycan Respublikasinin Prezidenti zati-aliləri cənab Heydər Əliyevə

Möhtərəm cənab prezident!
Sizə - Azərbaycan elminin çox böyük hamisinə, müasir Azərbaycan məktəbinin, təhsilinin qurucusuna, dünya şöhrətli ictimai-siyasi xadimə Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin 80 illik yubileyi günlərində onun elmdə və təhsildə fərqlənən 69 müəllimini yüksək dövlət mükafatları ilə təltif etdiyinizə, onlara fəxri adlar verdiyinizə görə səmimi qəlbdən təşəkkürümüzü, sonsuz minnətdarlığımızı bildiririk. Siz həmişə Azərbaycanın ilk universitetini, Azərbaycan ali məktəblərinin flaqmanını yüksək qiymətləndirmiş, onun professor-müəllim heyətinə hər zaman böyük qayğı göstərmisiniz.
Əziz prezidentimiz!
Sizin imzaladığınız bu fərmanlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin bütün kollektivini, ilk növbədə, bizləri yeni-yeni elm və təhsil uğurlarına ruhlandırır. Sizin bu tarixi fərmanlarınız böyük ictimai əhəmiyyətə malik olub, bütövlükdə Bakı Dövlət Universitetinin fəaliyyətinə verilən qiymətdir.
Cənab prezident!
M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin son 30 illik tarixi sizin adınızla bağlıdır. Bu illər bütün sahələrdə olduğu kimi, Azərbaycan elmi, təhsili, xüsusilə universitet elmi, təhsili üçün intibah dövrüdür.
Sizin rəhbərliyiniz dövründə Azərbaycan elmi, təhsili, mədəniyyəti əsrlərə bərabər inkişaf yolu keçmişdir.
Bu illərdə Azərbaycanın ictimai-siyasi, mənəvi ideoloji həyatının bütün sahələrində əsaslı dönüş yaranmış, böyük uğurlar və nailiyyətlər qazanılmışdır. Bu illərdə yeni ali məktəblər, orta ixtisas məktəbləri, elmi mərkəzlər açılmış, ictimai həyatda elmin, məktəbin, müəllimin mövqeyi, nüfuzu sürətlə yüksəlmişdir. Sizin hakimiyyətə tarixi qayıdışınızdan sonra da Azərbaycan elminin, təhsilini, mədəniyyətinin inkişafında yeni mərhələ başlandı. Azərbaycan elminin dünya aləminə inteqrasiya olunması yolunda çox əhəmiyyətli tədbirlər görüldü. Cəsarətlə demək olar ki, bu tədbirlər öz parlaq nəticələrini verməkdədir.
Möhtərəm prezident!
Müstəqil Azərbaycanımız Sizin rəhbərliyiniz altında XXI əsrə doğru inamla irəlilədiyi bir zamanda yaşadığımız dövrün çətinliklərinə, problemlərinə baxmayaraq, Bakı Dövlət Universitetinin çoxminlik kollektivi Sizin böyük qayğınızdan ruhlanaraq, Azərbaycanın xoşbəxt gələcəyi naminə daha böyük əzmlə çalışacaq, doğma vətənimizin çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.
Əziz prezidentimiz!
Biz iftixar hissi ilə qeyd etmək istəyirik ki, hər hansı elm, mədəniyyət, maarif xadimi dövlətdən, dövlət başçısından qayğı görəndə ikiqat, üçqat enerji, həvəs və məhəbbətlə çalışır, xalqına daha böyük inamla xidmət edir. Siz o dövlət başçılarından, o dahi şəxsiyyətlərdənsiniz ki, həmin qayğını bizdən bir an da olsa əsirgəməmisiniz.
Möhtərəm cənab prezident!
Sizə böyük qayğınıza görə bir daha ürəkdən təşəkkür edir, Azərbaycan elminin, mədəniyyətinin, maarifinin inkişafı naminə, Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın rifahı naminə uzun ömür, cansağlığı, böyük uğurlar arzulayırıq.
M.Ə.Rəsulzadə adına BDU-nun əməkdaşları:

“Şöhrət” ordeni ilə mükafatlandırılmışlar:

1. Axundov Ağamusa Ağası oğlu
2. Bayramov Əkbər Salman oğlu
3. Cəfərzadə Əzizə Məmməd qızı
4. Əsədullayev Seyfulla Qüdrət oğlu
5. Əsgərov Şahlar Qaçay oğlu
6. Hacıyev Sabir Abdulmanaf oğlu
7. Hüseynov Tofıq Həsən oğlu
8. Xələfov Abuzər Alı oğlu
9. İmanov Həmid Rza oğlu
10. Qasımzadə Fuad Feyzulla oğlu
11. Qəmbərov Dəmir Heydər oğlu
12. Quliyev İsgəndər Həsən oğlu
13. Məlikova Məsumə Fazil qızı
14. Mustafayev Qara Teyfur oğlu
15. Namazov Qənbər Kazım oğlu
16. Sultanov Rəhim Sultanməmməd oğlu
17. Zeynalov Məmmədəli Baba oğlu

“Tərəqqi” medalı ilə mükafatlandırılmışlar:

1. Ağayev İdris Ağamoğlan oğlu
2. Babanlı Məhəmməd Baba oğlu
3. Əlizadə Yalçın Mustafa oğlu
4. Əmənzadə Rəfael Yusif oğlu
5. Əmirova Fəxrəntac Cəlil qızı
6. Hidayətzadə Timuçin İsmayıl oğlu
7. Hüseynov Elxan Bahadur oğlu
8. İbrahimova Sara Hökmulla qızı
9. Jarikov Gennadi Petroviç
10. Qurbanov Əsədulla Cüci oğlu
11. Mahmudov Ədhəm İsmayıl oğlu
12. Muradov Rəsul Xanəli oğlu
13. Paşayev Rizvan Teymur oğlu
14. Paşayeva Ədibə Mircəlal qızı
15. Rüstəmova Təhminə Zəkəriyyə qızı
16. Səfərov Yusif Həbibulla oğlu
17. Sofiyev Məhəd Mahmud oğlu
18. Sultanov Yusif Dostməmməd oğlu

Əməkdar elm xadimi” fəxri adı ilə mükafatlandırılmışlar:

1. Babazadə Vasif Məmmədağa oğlu
2. Bektaşi Sübhi Əli oğlu
3. Cəfərov Nizami Qulu oğlu
4. Əhmədov Şamil Teymur oğlu
5. Əliyeva Rəfiqə Əlirza qızı
6. Əsgərov Bəhram Mehralı oğlu
7. Hatəmi Neyyar Zaman Mehdi Qulu qızı
8. Qasımov Nemət Abbas oğlu
9. Məhərrəmov Abel Məmmədəli oğlu
10. Məmmədov Yusif Əbülfət oğlu
11. Mərdanov Misir Cumayıl oğlu
12. Müseyibov Müseyib Ağababa oğlu
13. Seyidov Yusif Mirəhməd oğlu

“Əməkdar müəllim” fəxri adı ilə mükafatlandırılmışlar:

1. Abdullayev Cəlal Mehdi oğlu
2. Bayramov Qurban Məmməd oğlu
3. Əzizov Əyyub Teymur oğlu
4. Göyçayski Şövqisəfa Yusifziya oğlu
5. Həmidov Şəmsəddin Qafur oğlu
6. Hüseynov Rəhim Əyyub oğlu
7. Xəlilov Pənah İmran oğlu
8. Xudaverdiyev Karlen İskəndər oğlu
9. İskəndərov Asəf Daşdəmir oğlu
10. Qasımov Adil Abbas oğlu
11. Qayıbov Tələt Danyar oğlu
12. Mahmudov Pənah Hüseyn oğlu
13. Mehdiyev Yusif Ələkbər oğlu
14. Məmmədov Məmməd Şıxəli oğlu
15. Namazov Qara Mustafa oğlu
16. Nəbiyev Azad Mövlud oğlu
17. Nəcəfov İsmət Məhəmməd oğlu
18. Səfərov Abdulla Müseyib oğlu
19. Təhmasib Cəmilə Abbasqulu qızı
20. Vəliyev Tofıq Talış oğlu
21. Yaqubov Məmməd Haqverdi oğlu

“Azərbaycan” qəzeti, 4 mart 2000-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!