Azər­bay­can de­mok­ra­ti­ya­sın­da qo­şa qa­nad: me­dia və seç­ki

Azad me­dia­nın in­ki­şa­fı və de­mok­ra­tik seç­ki ənə­nə­si­nin güc­lən­mə­si de­mok­ra­ti­ya­nın tə­rəq­qi sim­vo­lu­dur

Bu gün dün­ya si­vi­li­za­sı­ya­sı­nın döv­lət ida­rə­çi­li­yin­də və bü­töv­lük­də cə­miy­yət­də­ki mü­na­si­bət­lə­rin tən­zim­lən­mə­sin­də əl­də et­di­yi ən bö­yük nai­liy­yət­lə­rin­dən bi­ri də de­mok­ra­ti­ya və de­mok­ra­tik pirn­sip­lər­dir. Demok­ra­ti­ya­nın si­ya­si lek­si­ko­na da­xil ol­ma­sın­dan uzun il­lər keç­mə­si­nə bax­ma­ya­raq, bu sis­tem hə­lə də öz ak­tu­al­lı­ğı­nı qo­ru­yub sax­la­mış və ötən il­lər ər­zin­də da­ha da in­ki­şaf edə­rək tək­mil­ləş­miş­dir.

Lek­sik va­hid ola­raq "de­mos kra­tos" - "xalq ha­ki­miy­yə­ti" an­la­mı­nı ve­rən bu sis­tem in­di tam mə­na­sın­da, top­lu­mun döv­lət ida­rə­çi­li­yin­də iş­ti­ra­kı­nın tə­min olun­ma­sı üzə­rin­də qu­ru­lub. Bu mə­na­da müa­sir de­mok­ra­tik döv­lət qu­ru­lu­şu çox­şa­xə­li bir üsul ida­rə for­ma­sı­dır. Bu gün de­mok­ra­ti­ya­nın əsas prin­sip­lə­rin­dən da­nı­şar­kən ilk ola­raq xa­tır­la­nan ter­min­lər­dən bi­ri də

Me­dia və seç­ki­lər

An­la­yı­şı­dır ki, bu iki sis­tem müa­sir döv­lət­lə­rin hə­ya­tın­da önəm­li yer tu­tur. Seç­ki­lər və­tən­daş­la­rın döv­lət ida­rə­çi­li­yin­də bir­ba­şa iş­ti­rak edən şəxs­lə­rin mü­əy­yən­ləş­mə­si üçün tət­biq edi­lən bir sis­tem­dir. Demok­ra­tik seç­ki­lər sa­bit və­tən­daş cə­miy­yə­ti­nin və hər bir döv­lə­tin mü­tə­rəq­qi in­ki­şa­fı­nın əsa­sı­nı təş­kil edir. Müa­sir dün­ya­da hər bir de­mok­ra­tik döv­lət, məhz bu me­xa­nizm əsa­sın­da for­ma­laş­mış ha­ki­miy­yət­lər tə­rə­fin­dən ida­rə olu­nur ki, bu da xalq ha­ki­miy­yə­ti­nin ən yük­sək si­ya­si ifa­də for­ma­sı sa­yı­lır.

Seç­ki­lər­lər seç­ki me­xa­niz­mi­nin de­mok­ra­tik prin­sip­lə­rə söy­kən­mə­si ilə ya­na­şı, azad mət­bu­at, me­dia da bu gün de­mok­ra­ti­ya mə­sə­lə­sin­də əsas prio­ri­tet­lər­dən sa­yı­lan mə­qam­dır. Məhz bu­na gö­rə­dir ki, si­vil döv­lət ida­rə­çi­li­yi­nin əsa­sı­nı təş­kil edən ha­ki­miy­yə­tin üç le­gi­tim qo­lu ilə ya­na­şı me­dia «dör­dün­cü ha­ki­miy­yət» sta­tu­su qa­zan­mış­dır. Bu sə­bəb­dən də bu gün me­dia və seç­ki­lər cə­miy­yə­tin, de­mok­ra­tik prin­sip­lə­rin əsas at­ri­but­la­rı­na çev­ril­miş­dir. Onu da qeyd et­mək va­cib­dir ki, bu gün ar­tıq me­dia yal­nız in­for­ma­si­ya ötü­rən, mə­lu­mat­lan­dı­ran bir sis­tem ol­maq­dan da­ha bö­yük bir funk­si­ya­nı hə­ya­ta ke­çi­rir ki, bu da seç­ki­lər­lə əla­qə­də çox bö­yük önəm kəsb edir. Çün­ki ha­zır­da me­dia cə­miy­yət­də rəy for­ma­laş­dır­maq ba­xı­mın­dan ilk sı­ra­da du­rur ki, seç­ki za­ma­nı da bu ən va­cib mə­qam­dır.

Bü­tün bun­lar hər han­sı bir öl­kə­də de­mok­ra­ti­ya­nın və­ziy­yə­ti haq­qın­da da­nı­şar­kən seç­ki sis­te­mi­nin tək­mil­ləş­di­ril­mə­si və azad me­dia­nın in­ki­şa­fı­na da­ha çox önəm ve­ril­mə­li­dir. Azər­bay­can­da de­mok­ra­ti­ya­nın qo­şa qa­na­dı ki­mi ya­naş­dı­ğı­mız me­dia və seç­ki­lər möv­zu­su­nu araş­dı­rar­kən da məhz bu rin­sip­lə­ri əsas gö­tür­dük. İlk ola­raq Azər­bay­can­da

Seç­ki qa­nun­ve­ri­ci­li­yi­nin tək­mil­ləş­di­ril­mə­si

Mə­sə­lə­si­ni diq­qət­dən ke­çir­mək is­tər­dik. Çün­ki hər bir seç­ki, ilk növ­bə­də, onun ke­çi­ril­mə me­xa­niz­mi­ni və qay­da­la­rı­nı mü­əy­yən­ləş­di­rən Seç­ki Mə­cəl­lə­si və seç­ki­lər­lə bağ­lı di­gər qa­nun­lar, hü­qu­qi nor­ma­tiv akt­lar­la bir­ba­şa əla­qə­dar­dır. Onu da qeyd edək ki, 1995-ci il­də qə­bul edil­miş Azər­bay­can Res­pub­li­ka­sı­nın Kons­ti­tu­si­ya­sı bu sa­hə­də əsas prio­ri­tet­lə­ri mü­əy­yən et­miş­dir. Müs­tə­qil dövlə­ti­mi­zin ilk Kons­ti­tu­si­ya­sı­nın prin­sip­lə­ri əsa­sın­da Azər­bay­can­da ümu­mi, bə­ra­bər və bir­ba­şa seç­ki hü­qu­qu əsa­sın­da giz­li və şəx­si səs­ver­mə yo­lu ilə azad və mü­tə­ma­di ke­çi­ri­lən seç­ki­lə­rin hü­qu­qi ba­za­sı ya­ra­dıl­mış­dır. 1997-ci il­dən baş­la­ya­raq, Azər­bay­can rəh­bər­li­yi­nin si­ya­si ira­də­si­nə uy­ğun ola­raq, müa­sir stan­dart­la­ra ca­vab ve­rən seç­ki qa­nun­ve­ri­ci­li­yi­nin tə­sis edil­mə­si məq­sə­di ilə Azər­bay­can H­öku­mə­ti ATƏT-in Demok­ra­tik Tə­si­sat­lar və İn­san H­üquq­la­rı Bü­ro­su ilə ya­xın­dan əmək­daş­lıq et­miş­dir. Av­ro­pa Şu­ra­sı­nın üz­vü ol­duq­dan son­ra Azər­bay­ca­nın bu əmək­daş­lıq çər­çi­və­si da­ha da ge­niş­lən­di­ril­miş və bu pro­se­sə Av­ro­pa Şu­ra­sı­nın Ve­ne­si­ya Ko­mis­si­ya­sı da cəlb edil­miş­dir. Sə­mə­rə­li əmək­daş­lıq nə­ti­cə­sin­də seç­ki qa­nun­ve­ri­ci­li­yi­nin uni­fi­ka­si­ya­sı məq­sə­di ilə 2003-cü ilin ma­yın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si qə­bul edil­miş­dir. Bu­nun­la be­lə, qə­bul olun­du­ğu za­man­dan in­di­yə qə­dər də Seç­ki Mə­cəl­lə­si­nin üzə­rin­də tək­mil­ləş­dir­mə iş­lə­ri apa­rı­lıb. Tə­bii ki, ötən il­lər ər­zin­də seç­ki təc­rü­bə­si art­dıq­ca bey­nəl­xalq prak­ti­ka­nın da­ha ge­niş tət­bi­qi­nə im­kan ya­ran­dı. Seç­ki­lə­rin de­mok­ra­tik, şəf­faf ke­çi­ril­mə­si məq­sə­di­lə, ötən il­lər ər­zin­də MSK tə­rə­fin­dən də va­cib sə­nəd­lər qə­bul olu­nub ki, bü­tün bun­lar bey­nəl­xalq seç­ki təc­rü­bə­si­nə və Azər­bay­ca­nın Seç­ki Mə­cəl­lə­si­nin tə­ləb­lə­ri­nə əsas­la­nır. Bü­tün gö­rü­lən iş­lər isə öl­kə və­tən­daş­la­rı­nın seç­ki hü­qu­qu­nun da­ha mü­kəm­məl şə­kil­də tə­min edil­mə­si­nə xid­mət edir.

Ay­dın mə­sə­lə­dir ki, seç­ki­lə­rin nə­ti­cə­si və onun ke­çi­ril­mə sə­viy­yə­si si­ya­si sis­te­mi tək­mil­ləş­di­rən fun­da­men­tal fak­tor ki­mi çı­xış edir. Yə­ni, de­mok­ra­tik şə­kil­də baş tu­tan seç­ki­lər si­ya­si sis­te­min ele­ment­lə­ri­nin tək­mil­ləş­mə­si­nə, və­tən­daş­la­rın si­ya­si iş­ti­rak və so­si­al­laş­ma­sı sə­viy­yə­si­nin art­ma­sı­na, on­la­rın öz ak­tiv və pas­siv seç­ki hü­quq­la­rın­dan (seç­mək və se­çil­mək hü­qu­qu) sər­bəst şə­kil­də is­ti­fa­də et­mə­si­nə, nə­ha­yət, döv­lət ida­rə­çi­li­yi­nin fəa­liy­yət me­xa­niz­mi­nin sə­mə­rə­li­lik sə­viy­yə­si­nin art­ma­sı­na re­al zə­min ya­ra­dır. Bü­tün bun­lar isə komp­leks şə­kil­də öl­kə­nin si­ya­si sis­te­mi­nin de­mok­ra­tik­ləş­di­ril­mə­si pro­se­si­nə mü­hüm töh­fə­lər ver­mək­lə ya­na­şı, si­ya­si sub­yekt­lə­rin sağ­lam rə­qa­bə­ti­ni də əsas­lı müs­tə­vi­də tə­min et­miş olur. Bir söz­lə, çağ­daş cə­miy­yət­də seç­ki­lər ma­hiy­yə­ti­nə gö­rə si­ya­si fə­al­lı­ğı və iş­ti­rak­çı­lı­ğı ar­tı­ran, si­ya­si sis­te­min rə­qa­bət­li­lik qa­bi­liy­yə­ti və de­mok­ra­tik­lik sə­viy­yə­si­ni yük­səl­dən, si­ya­si mə­də­niy­yət və dav­ra­nı­şa ye­ni key­fiy­yət ça­lar­la­rı əla­və edən və si­ya­si sis­te­min kom­po­nent­lə­ri­ni tək­mil­ləş­di­rən ümum­mil­li ak­si­ya önə­mi kəsb edir. Məhz bu­na gö­rə də, si­ya­si sis­te­min və re­al­lı­ğın tə­ləb­lə­ri­nə, qa­nu­na­uy­ğun­luq­la­rı­na mü­va­fiq su­rət­də de­mok­ra­ti­ya yo­lun­da ad­dım­la­yan öl­kə­lər, o cüm­lə­dən, Azər­bay­can üçün seç­ki­lə­rin le­gi­tim və de­mok­ra­tik şə­kil­də ke­çi­ril­mə­si müs­təs­na əhə­miy­yət kəsb edir.

Bir­mə­na­lı şə­kil­də qeyd et­mək olar ki, bu gün Azər­bay­can­da hər bir se­çi­ci­nin öz ira­də­si­ni sər­bəst şə­kil­də ifa­də et­mə­si üçün bü­tün im­kan­lar var. Bü­tün bu pro­ses isə dün­ya ic­ti­ma­iy­yə­ti tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ri­lir və Azər­bay­ca­nın

Seç­ki sis­te­mi­nə bey­nəl­xalq ba­xış

H­ər za­man uğur və in­ki­şaf ki­mi də­yər­lən­di­ri­lir. Azər­bay­can­da seç­ki­lə­rin və re­fe­ren­du­mun ke­çi­ril­mə­si üçün ək­sər mə­sə­lə­lər­də bey­nəl­xalq me­yar­la­ra və ən yax­şı təc­rü­bə­lə­rə uy­ğun olan hər­tə­rəf­li çər­çi­və­lər nə­zər­də tu­tan bu Mə­cəl­lə bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ril­miş­dir. 1995-ci il­dən bə­ri ke­çi­ril­miş seç­ki­lə­rə da­ir bey­nəl­xalq təş­ki­lat­la­rın ver­dik­lə­ri rəy­lə­rin mü­qa­yi­sə­li təh­li­li onu gös­tə­rir ki, bu seç­ki­lə­rin hər bi­ri əv­vəl­ki ilə mü­qa­yi­sə­də seç­ki­lə­rin bey­nəl­xalq stan­dart­la­ra çat­dı­rıl­ma­sı yo­lun­da irə­li­yə atıl­mış bir ad­dım­dır.

Fik­ri­mi­zin təs­di­qi ki­mi bir ne­çə ör­nə­yə diq­qət ye­tir­mək is­tər­dik. Müs­tə­qil Döv­lət­lər Bir­li­yi Par­la­ment­lə­ra­ra­sı As­samb­le­ya­nın səd­ri, bu qu­ru­mun mü­şa­hi­də mis­si­ya­sı­nın rəh­bə­ri, Ru­si­ya Fe­de­ra­si­ya Şu­ra­sı səd­ri­nin müa­vi­ni Svet­la­na Or­lo­va 2008-ci il pre­zi­dent seç­ki­lə­ri­ni mü­şa­hi­də edər­kən Azər­bay­ca­nın seç­ki qa­nun­ve­ri­ci­li­yi­nə edi­lən də­yi­şik­lik­lər haq­qın­da de­miş­dir: «Azər­bay­ca­nın seç­ki qa­nun­ve­ri­ci­li­yi MDB mə­ka­nın­da və bəl­kə də dün­ya­da ən yax­şı­la­rın­dan bi­ri­dir. Bu qa­nun­ve­ri­ci­lik bü­tün bey­nəl­xalq stan­dart­la­ra ca­vab ve­rir».

Ey­ni fi­kir­lər Av­ro­pa Şu­ra­sı­nın Ve­ne­si­ya Ko­mis­si­ya­sı­nın pre­zi­den­ti Can­ni Bu­kik­kio tə­rə­fin­dən də ifa­də olun­muş­dur: «Azər­bay­ca­nın seç­ki qa­nun­ve­ri­ci­li­yi çox tək­mil­lə­şib. Möv­cud qa­nun­ve­ri­ci­lik­lə ən yük­sək sə­viy­yə­də və Av­ro­pa stan­dart­la­rı­na tam ca­vab ve­rən şə­kil­də seç­ki­lər ke­çir­mək olar».

Gö­rün­dü­yü ki­mi, Azər­bay­ca­nın seç­ki sis­te­mi de­mok­ra­tik dün­ya bir­li­yi tə­rə­fin­dən də qə­bul olu­nur və təq­di­rə­la­yiq hal­dır ki, seç­ki qa­nun­ve­ri­ci­li­yi­nin, seç­ki pro­se­si­nin ke­çi­ril­mə­si­nin tək­mil­ləş­di­ril­mə­si ilə ya­na­şı Azər­bay­can­da

Me­dia­nın in­ki­şa­fı

Diq­qət mər­kə­zin­də ol­muş­dur. Müs­tə­qil­lik il­lə­rin­də Azər­bay­can mət­bua­tı mü­əy­yən cid­di uğur­la­ra na­il olub. İlk növ­bə­də, 1998-ci il­də Ümum­mil­li li­der H­ey­dər Əli­yev tə­rə­fin­dən mət­bu­at üzə­rin­də döv­lət tən­zim­lən­mə­si­ni nə­zər­də tu­tan bü­tün me­xa­nizm­lər, o cüm­lə­dən, sen­zu­ra­nın ləğv olun­ma­sı bu uğur­la­rın əsa­sın qoy­muş­dur. Azad mət­bua­tın in­ki­şa­fı üçün Azər­bay­can Res­pub­li­ka­sın­da bü­tün hü­qu­qi və mad­di şə­rai­ti ya­ra­dı­lıbb. Mət­bu­at tə­sis et­mək üçün bü­tün döv­lət ica­zə­ver­mə me­xa­nizm­lə­ri ləğv olu­nub, mət­bu­at haq­qın­da qa­nun tam li­be­ral­laş­dı­rı­lıb, Av­ro­pa stan­dart­la­rı­na uy­ğun­laş­dı­rı­lıb. Mət­bu­at va­si­tə­lə­ri və çap me­dia­sı döv­lət ver­gi­lə­rin­dən azad olu­nub. Mət­bua­tın in­ki­şa­fı­na döv­lət qay­ğı­sı­nı tə­min edən bir ne­çə Sə­rən­cam im­za­la­nıb. Me­dia azad­lı­ğı, jur­na­list sər­bəst­li­yi get­dik­cə cə­miy­yət tə­rə­fin­dən qə­bul olun­duq­ca, jur­na­list­lə­rin iş mü­hi­ti də yax­şı­la­şır. Jur­na­list­lə­rin azad şə­kil­də in­for­ma­si­ya top­la­maq, onu sər­bəst şə­kil­də iş­lə­mək, azad şə­kil­də yay­maq, cə­miy­yət­də baş ve­rən ha­di­sə­lər haq­qın­da sər­bəst fi­kir mü­ba­di­lə­si apar­maq, is­tə­ni­lən sa­hə­lər üz­rə tən­qi­di ya­zı­lar yaz­maq, is­tə­ni­lən ob­yek­ti tən­qid et­mək, ic­ti­mai əhə­miy­yət kəsb edən mə­sə­lə­lə­ri ic­ti­mai mü­za­ki­rə­yə çı­xart­maq və on­lar ət­ra­fın­da sər­bəst fi­kir mü­ba­di­lə­si apar­maq im­kan­la­rı ya­ra­dı­lıb.

Azər­bay­can­da söz, mə­lu­mat, in­for­ma­si­ya azad­lı­ğı sa­hə­sin­də bey­nəl­xalq təş­ki­lat­la­rı, bi­zim jur­na­list­lə­ri na­ra­hat edə­cək hər han­sı cid­di prob­lem yox­dur. Bü­töv­lük­də Azər­bay­can və­tən­daş­la­rı­nın, me­dia ic­ti­ma­iy­yə­ti­nin, jur­na­list­lə­rin Kons­ti­tu­si­ya­da təs­bit olun­muş azad şə­kil­də in­for­ma­si­ya top­la­maq, onu sər­bəst şə­kil­də yay­maq, cə­miy­yə­ti ma­raq­lan­dı­ran mə­sə­lə­lə­ri ic­ti­mai mü­za­ki­rə­yə çı­xar­maq, on­lar ət­ra­fın­da açıq mü­za­ki­rə­lər hə­ya­ta ke­çir­mək, fi­kir­lə­ri­ni söy­lə­mək hü­quq­la­rı­na qə­tiy­yən to­xun­mur, on­la­ra ma­ne ol­mur. Bu an­lam­da cə­miy­yə­tin fun­da­men­tal in­for­ma­si­ya azad­lı­ğı hü­qu­qu­nu, söz, mət­bu­at fəa­liy­yə­ti ilə məş­ğul ol­maq hü­qu­qu­nu, azad şə­kil­də baş ve­rən ha­di­sə­lər haq­qın­da in­for­ma­si­ya al­maq hü­qu­qu­nu və ya­xud jur­na­list­lə­rin in­for­ma­si­ya top­la­yıb yay­maq hü­qu­qu tə­min edi­lib. Azər­bay­can me­dia­sı bü­tün bu uğur­la­rın nə­ti­cə­si ola­raq

Dün­ya me­dia­sı ilə in­teq­ra­si­ya­da

İn­ki­şaf et­mək­də­dir. Bu gün Azər­bay­can me­dia­sı özü­nü tam Av­ro­pa, dün­ya stan­dart­la­rı­na uy­ğun­laş­dı­rıb və bu me­dia dün­ya in­for­ma­si­ya mə­ka­nın­da, dün­ya ic­ti­mai rə­yin­də hər han­sı bir rol oy­na­yır. Azər­bay­ca­nın bə­zi me­dia or­qan­la­rı, xü­su­sən, onun in­ter­net ver­si­ya­la­rı xa­ri­ci öl­kə­lər­də oxu­nur - Ru­si­ya­nın ic­ti­mai dai­rə­lə­rin­də, türk­dil­li mət­bu­at nü­mu­nə­lə­ri Tür­ki­yə­də, mü­əy­yən qi­sim ve­ri­liş­lə­ri­miz, o cüm­lə­dən, mət­bu­at or­qan­la­rı in­gi­lis di­lin­də çı­xır ki, on­la­rı da sə­fir­lik­lər­də və on­la­rın va­si­tə­si­lə in­gi­lis­dil­li öl­kə­lər­də, ərəb di­lin­də ya­zı­lar bu­rax­ma­ğa tə­şəb­büs gös­tə­rən bə­zi mət­bu­at or­qan­la­rı və ya­xud on­la­rın in­ter­net sayt­la­rı ərəb­dil­li öl­kə­lər­də ye­ni-ye­ni oxun­maq­da­dır.

Məhz bu in­teq­ra­si­ya­nın və bir­gə fəa­liy­yə­tin nə­ti­cə­si­dir ki, Azər­bay­can­da ke­çi­ri­lən seç­ki­lə­rə öl­kə mət­bua­tı ilə ya­na­şı, bey­nəl­xalq me­dia təm­sil­çi­lə­ri də ya­xın­dan iş­ti­rak edir. Onu da qeyd edək ki, qüv­və­də olan Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq qa­nun­ve­ri­ci­li­yi­nə əsa­sən yer­li jur­na­list­lə­rin seç­ki­lər­də mü­şa­hi­də apar­ma­sı üçün hər han­sı bir rəs­mi ica­zə al­maq tə­ləb olun­mur. Xa­ri­ci jur­na­list­lə­rin Azər­bay­can seç­ki­lə­rin­də mü­şa­hi­də apar­ma­la­rı­na isə heç bir ma­neə yox­dur. Ək­si­nə kə­nar döv­lət­lər­dən gə­lən me­dia təm­sil­çi­lə­ri­nin Azər­bay­can­da­kı seç­ki­lə­rə hər za­man bö­yük ma­raq və diq­qə­ti hiss olun­muş­dur. Xa­ric­dən Azər­bay­can­da seç­ki­lə­ri iz­lə­mək üçün gə­lən KİV nü­ma­yən­də­lə­ri dün­ya­nın ən müx­tə­lif öl­kə­lə­ri­ni əha­tə edir. On­la­rın ək­sə­riy­yə­ti qə­zet, jur­nal, in­for­ma­si­ya agent­li­yi, ra­dio və te­le­vi­zi­ya jur­na­list­lə­ri­dir. Həm­çi­nin ana­li­tik mər­kəz­lə­rin nü­ma­yən­də­lə­ri də öl­kə­miz­də seç­ki pro­se­si­ni iz­lə­yə­yir­lər. Mə­sə­lən, 2005-ci il par­la­ment seç­ki­lə­ri­ni mü­şa­hi­də et­mək üçün Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sın­da (MSK) 52 bey­nəl­xalq KİV-dən 204 xa­ri­ci jur­na­list ak­kre­di­tə olun­muş­du. 2010-cu il no­yab­rın 7-də ke­çi­ri­lən par­la­ment seç­ki­lə­rin­də isə çox­say­lı yer­li jur­na­lis­tin iş­ti­ra­kı ilə seç­ki mo­ni­to­rinq mər­kə­zi ya­ra­dıl­mış­dı. Bun­dan baş­qa, Ba­kı­da par­la­ment seç­ki­lə­ri ilə bağ­lı Bey­nəl­xalq İn­for­ma­si­ya Mər­kə­zi fəa­liy­yət gös­tə­rir­di ki seç­ki gü­nü xa­ri­ci jur­na­list­lə­rin fəa­liy­yə­ti, məhz bu mər­kəz tə­rə­fin­dən kor­di­na­si­ya edil­miş­di. Məhz bu­nun nə­ti­cə­si­dir ki, Azər­bay­can­da ke­çi­ri­lən seç­ki­lər hər za­man bey­nəl­xalq me­dia­da işıq­lan­dı­rıl­mış­dır.

Bü­tün bu fi­kir­lə­ri­mi­zin ye­ku­nu ola­raq o nə­ti­cə­yə gəl­mək olar ki, Bu gün Azər­bay­can­da me­dia­nın in­ki­şa­fı və seç­ki sis­te­mi­nin tək­mil­ləş­di­ril­mə­si pro­se­si­nin pa­ra­lel get­mə­si  hə­qi­qə­tən Azər­bay­can de­mok­ra­ti­ya­sı­nın qo­şa qa­na­dı­dır.

Pərvanəİbrahimova
BDU-nunJurnalistikafakültəsininmüəllimi

(Material Bakı Dövlət Universiteti daxilində həyata keçirilən 50+50 qrant layihəsi çərçivəsində hazırlanmışdır)

«İkisahil» qəzeti, 08 yanvar 2011-ciil.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!