Bakı Dövlət Universiteti: dünən və bu gün

Təhsil həyatımızın elə bir ayrılmaz hissəsidi ki, onsuz varolmamız mümkün deyil. Bəli, söhbət insan həyatının normal, qaydasında olan düzənindən gedirsə, təhsilin gərəkliyini xüsusu qeyd etməyə ehtiyac var. Bu mənada həyati vacib sahənin yükünü məmnunluqla çiynində daşıyanları görəndə, sevinirsən. Eləcə Azərbaycan təsilində özünəməxsus yeri olan Bakı Dövlət Universitetinin (BDU) ölkəmiz və həyatında oynadığı rolunu düşünəndə. Hər bir ölkənin, xalqın, mədəni, intelektual, iqtisadi səviyyəsinin göstəricisi sayılan milli universitetlərdi. Bu vacib məqamı hazırda fəaliyyətində uğurla həyata keçirən Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000 nəfərdən çox tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün 1500 nəfərə yaxın professor-müəllim heyəti səfərbərdi. Universitetin 2,5 milyondan artıq ədəbiyyat fonduna malik, 12 qiraət zalı, 5 abonement şöbəsi olan elmi kitabxanası müntəzəm surətdə 15 mindən çox müəllim və tələbənin hər gün istifadəsindədi. Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələrini əhatə edən 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuların araşdırmalarını həyata keçirən böyük elmi mərkəzdi. Haqqında bəhs etdiyimiz bu böyük elm-təhsil ocağının yaranışı və keçdiyi şanlı yol çox maraqlıdı. Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültədə – tarix-filologiya, və tibb fakültələrində təhsil alan 1094 tələbə ilə başladı. İlk rektor Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski oldu. Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər böyük nüfuz sahibiydilər. Həmin dövrlərdə məşhur alimlər N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə dəvətlə Bakıya gələrək, öz ixtisasları üzrə universitetdə mühazirələr oxuyublar. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil alıb. Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. II Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb. Bakı Dövlət Univeristetinin bugünkü səviyyəsi, beynəlxalq nüfuzu, qazandığı uğurları, dünya şöhrətli məzunları və yüksək elmi potensialına görə fərqlənməsində Heydər Əliyevin böyük rolu olub. Bu ali təhsil ocağına yüksək qiymət verən, onu xalqımızın milli sərvəti adlandıran dahi şəxsiyyət Bakı Dövlət Universitetinin məzunu olmasını dəfələrlə fəxrlə bildirib, onun fəaliyyətini, Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafında böyük rolunu hər zaman ayrıca qeyd edib. Hələ 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi zamanı Azərbaycan xalqının tarixində mühüm hadisələr baş verdi. Milli oyanış siyasəti sahəsində təhsil, elm, mədəniyyətin tərəqqisi üçün geniş imkanlar açıldı. Xalqın milli mənlik şüurunun formalaşması, Azərbaycan dilinin, tarixinin öyrənilməsi, ali təhsil sisteminin daha da demokratikləşməsi sahəsində ciddi irəliləyişlərlə müşayiət olunan dövrdə ali məktəblərin bayraqdarı sayılan Bakı Dövlət Universitetinin həyatında da böyük dönüş yarandı. Ölkənin ali məktəbləri içərisində BDU-nun tutduğu aparıcı mövqe, Azərbaycan təhsil sisteminə, onun inkişaf istiqamətlərinə göstərdiyi təsir daha da gücləndi. 1970-80-cii illər Bakı Dövlət Universitetinin tədris və elmi həyatında qələbəliklə yadda qaldı. Heydər Əliyevin daimi nəzarəti və qayğısı sayəsində universitetin maddi-texniki bazası möhkəmləndi, yeni tədris korpusu istifadəyə verildi, hesablama mərkəzi yaradıldı, yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar açıldı,  30-a yaxın elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı. Bəli, 1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrə doğru yüksəliş dövrü sayıla bilər. Bu, qeyd etdiymiz kimi, universitetin məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsiylə bağlıdı. Geniş tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidi. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olub. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, görkəmli mütəxəssisləri təhsil alıb. Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı üzrə BDU özünüidarə (muxtariyyət) statusuyla yeni fəaliyyət mərhələsinə qədəm qoyub. Artıq həmin vaxtdan etibarən təhsil ocağı fəaliyyətini öz nizamnaməsinə əsasən müstəqil şəkildə həyata keçirir. Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda BDU keçmiş SSRİnin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdü. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik edib. Bundan əlavə, təhsil ocağı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində uğurla əməkdaşlıq edir. Bakı Dövlət Universitetində 12 ölkədən 1400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır. Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, fəlsəfə və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulub. Təhsil ödənişli və ödənişsiz əsaslarladı. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir. Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var. Artıq 94 yaşı olan bu təhsil ocağı 1919-1920 - ci illərdə Bakı Dövlət Universiteti, sonrasa uzun müddət - 1920-1991- ci illərdə S.M. Kirovun adını daşıyaraq Azərbaycan Dövlət Universiteti kimi tanınıb. Bundan sonra səkkiz il il M.Ə.Rəsulzadənin adına daşıyan təhsil müəssisəsi 1999-cu ildən eləcə Bakı Dövlət Universiteti adlanır. Bakı Dövlət Universitetinin adlı-sanlı məzunları sırasında Heydər Əliyev,  Yusif Məmmədəliyev, Həsən Əliyev, Zahid Xəlilov, Bəxtiyar Vahabzadə, Azad Mirzəcanzadə, Qasım Gül, Nəsir İmanquliyev, Məcid Rəsulov, Feyzulla Qasımzadə, Tofiq Köçərli, Mir Cəlal Paşayev, Məmməd Cəfər Cəfərov, Fərəməz Maqsudov, Abdulla Qarayev,  Aida İmanquliyeva, Həsən Abdullayev, Xudu Məmmədov, Əlisöhbət Sumbatzadə, Əşrəf Hüseynov, Musa Əliyev, Rəhim Sultanov, Soltan Mehdiyev, Əli Quliyev, Bəkir Çobanzadə, Vahid Qəhrəmanov, Heydər Hüseynov, Murtuza Nağıyev,  Məmməd Arif Dadaşzadə, Şəfaət Meydiyev, Ələsgər Məmmədov, Həmid Araslı, Məmməd Xələfov, İbrahim İbrahimov, İqrar Əliyev, Mirəli Qaşqay və başqalarının adını çəkmək olar. 1990-2011- ci illərdə Bakı Dövlət Universitetinin fəxri doktoru adını qazananların arasında Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və başqa ölkələrin rəhbərləri – Heydər Əliyev, İlham Əliyev, Turqut Özal, Süleyman Dəmirəl, Dmitri Medvedev, Eduard Şevarnadze İslam Kərimov, Əskər Akayev,  BMT-nin sabiq baş katibi Butros Butros Qali, YUNESKO-nun sabiq baş katibi Koiçiro Matsuura, kardioloq alim Ağayi Cavad Heyət, «Qeyri-səlis məntiq» nəzəriyyənin banisi  Lütfi Zadə, qazax şairi Oljas Süleymenov, Türkiyənin Bilkənd Universitetinin təsisçisi İhsan Doğramacı  və daha neçə belə tanınmış simalar var. Müxtəlif illərdə BDU-da rektor vəzifəsində Vasili Razumovski (ilk rektor – 1919-1920),  Tağı Şahbazi Simurğ (1926-1929), Əziz Məmmədkərim oğlu Əliyev (1937), akademiklər Şamil Əliyev ( 1941-1944),  Abdulla Qarayev (1944-1950), Yusif Məmmədəliyev (1954-1958), Şəfayət Mehdiyev (1958-1965), Mirabbas Qasımov (1990-1992) və başqaları çalışıblar. 1999-cu ildənsə ölkənin ən böyük ali məktəbinə akademik Abel Məhərrəmov rəhbərlik edir. Qloballaşan dünyada elm və təhsil sahəsində müşahidə edilən prosesləri izləyən Bakı Dövlət Universiteti bu proseslərdə işttirak etmək üçün mənəvi haqqa və hüquqi imkanlara malikdi və  həmin sahədə müəyyən edilmiş strategiyası mövcuddu.

Bu gün qısa zamanda həyata, dünyadakı proseslərə uyğunlaşmağa meylli çox maraqlı nəsil yetişir: əvvəlkindən daha çevik düşünən, geniş informasiya bazası olan nəsi. Həmin nəslin formalaşması, tam kamil yetişməsi təhsillə birbaşa bağlı məsələdi. Bakı Dövlət Universiteti gələcəyin layiqli şəxsiyyətinin yetişdirilməsi istiqamətində ciddiyyətlə çalışır. Axı, artıq həyatı bədii əsərlərdən yox, real şəkildə öyrənməyə can atan, cəmiyyətə rahatca uyğunlaşa bilən fərdlərə, şəxsiyyətlərə ehtiyac var. Bunun üçün BDU dünyadakı mütərəqqi təhsil metodlarına söykənir və Azəraycanın uğurlu gələcəyinə nikbin nəzərlərlə yanaşır.

Yazı Bakı Dövlət Universitetinin keçirdiyi müsabiqəyə təqdim olunur.

Seymur Elsevər,
ann.az, 01 may 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!