AzərbaycanRespublikası

Təhsi lNazirliyi

BAKI DÖVLƏTUNİVERSİTETİ

ƏMR

02.12.10 R-81 

Bakı şəhəri

Məzmunu: «Azərbaycan» nəşriyyatında  Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi  kafedrasının filialının yaradılması  haqqında

Bakı Dövlət Universitetində  jurnalist kadrların  hazırlığı prosesində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının böyük rolu olmuşdur. Uzun illərdən bəri fəaliyyət göstərən bu kafedranın ölkənin aparıcı nəşriyyatı olan   «Azərbaycan» nəşriyyatında filialının yaradılması tələbə juranlistlərin peşə vərdişlərinə daha dərindən yiyələnmələrinə, nəşriyyat binasındakı qəzet redaksiyaları ilə yaradıcılıq əlaqələrinin intensivləşməsinə , son nəticədə kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə səmərəli kömək edəcəkdir.
Filialın yaradılması Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının xətti ilə tədris olunan bəzi fənlərin orada keçirilməsinə, istehsalat təcrübələrinin, eləcə də yaradıcılıq diskussiyalarının səmərəliliyinin  daha da artmasına  əlverişli şərait yaradacaq,  filial bir növ fakültənin istehsalat bazasına çevriləcəkdir.
Yazılanları , eləcə də BDU Elmi Şürasının 26 dekabr 2009-cu il tarixli iclasının qərarını  əsas tutaraq

ƏMREDİRƏM


1.Jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının «Azərbaycan» nəşriyyatında filialı yaradılsın.

ƏSAS: BDU Elmi Şurasının 26.12.2009-cu il tarixli iclasının 9 saylı

protokolundan çıxarış, rektorun dərkənarı ilə fakültə dekanının

təqdimatı

 

R E K T O R   akademik A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!