Azərbaycan Respublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏTUNİVERSİTETİ

Ə M R

10.04.10 R-22

Bakı şəhəri

Məzmunu: Elmi konfransın keçirilməsi haqqında

Beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində  aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini daha da yüksəltmək, əldə olunan elmi nəticələri beynəlxalq standartlarla müqayisəli şəkildə müzakirə etmək məqsədi ilə


ƏMREDİRƏM

 

1. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində 2010-cu il may ayının 6-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş «Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları» mövzusunda elmi-praktik konfrans keçirilsin.

2. Elmi konfransın keçirilməsi üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:

  1. Akad.A.M.Məhərrəmov         rektor -  sədr
  2. Prof.İ.Ə.Əliyev                      elmi işlər üzrə prorektor - sədr müavini
  3. Prof.Z.M.Həsənalıyev           dekan - sədr müavini
  4. Dos.Ə.İ.Əliyev                       dekan müavini  - məsul katib
  5. Prof.A.N.Abbasbəyli             kafedra müdiri  - üzv
  6. Prof.H.K.Hüseynova             kafedra müdiri  - üzv
  7. Prof.R.F.Məmmədov               kafedra müdiri - üzv
  8. Dos.H.B.Rüstəmbəyov          kafedra müdiri - üzv

Dos.A.M.Məhərrəmov           dekan müavini  - üzv
Dos.K.C.Məmmədov                                      - üzv

3. Konfransın materialları iştirakçıların şəxsi hesabına çap edilsin.

Əsas: Rektorunvəelmiişlərüzrəprorektorundərkənarlarıilə beynəlxalqmünasibətlər

vəbeynəlxalqhüquqfakültəsinindekanınıntəqdimatı

REKTOR akad.A.M.MƏHƏRRƏMOV

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!