Azərbaycan Respublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏT

UNİVERSİTETİ

Ə M R

02.12.10 R-77 

Bakı şəhəri


MƏZMUNU: “Türkoloji araşdırmalar” elmi-tədqiqat

laboratoriyasının açılması haqqında

Azərbaycan Respublikası Təhsil Nazirinin 1088 saylı 12 iyul 2010-cu il tarixli əmrini və Bakı Dövlət Universitetinin R-72 saylı 11.11.2010-cu il tarixli əmrini əsas tutaraq

ƏMR  EDİRƏM

  1. “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyası 10 dekabr 2010-cu il tarixindən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Türkologiya” kafedrasının nəzdində fəaliyyətə başlasın.
  2. “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyanın fəaliyyətinə elmi rəhbərlik kafedra müdirinə tapşırılsın.
  3. BDU-nun baş mühasibi F.H.Babayevaya tapşırılsın ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 1088 saylı 12.07.2010-cu il tarixli əmri ilə “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasına ayrılmış ştat vahidlərinə əsasən ştat cədvəli tərtib etsin.
  4. “Türkologiya” kafedrasının müdirinə tapşırılsın ki, bir ay müddətinə “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının strukturunu formalaşdırsın, elmi-tədqiqat işlərinin planını hazırlayıb, Elmi Şurada təsdiq etdikdən sonra Elmi Tədqiqat Hissəsinə təqdim etsin.

ƏSAS: Rektorun və Elmi işlər üzrə prorektorun dərkənarları ilə Təhsil Nazirliyinin 12.07.2010-cu il tarixli 1088 saylı əmri, Filologiya fakültəsi dekanının təqdimatı   və   Bakı   Dövlət  Universitetinin   R-72 saylı 11.11.2010-cu  il

tarixli əmri.

REKTOR:  akademik A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!