(2010-cu ilin mətbu materialları əsasında)

Bakı Dövlət Universiteti ilə Kütləvi İnformasiya Vasitələri arasında uğurlu münasibət qurulub. Universitetdə keçirilən elə bir tədbir, görüş olmayıb ki, ölkə mediasında yayımlanmasın. Bu səbəbdən də 2010-cu ilin mətbu materialları əsasında universitet tədbirlərinin KİV-də işıqlandırılmasının monitorinqini aparmışıq. (Radio və televiziya verilişləri, «Xəbərlər» proqramları istisna olmaqla). 
Araşdırmamız nəticəsində məlum olub ki, ötən il BDU-da 50-dən çox tədbir keçirilib, 60-a qədər də xarici qonaq qəbul edilib. Bütün bunlar isə yerli və xarici informasiya agentliklərində, xəbər portallarında, qəzetlərdə, jurnallarda işıq üzü görüb. 

Ümumən isə Bakı Dövlət Universitetinin mətbuatla əlaqəsi müxtəlif çalarlıdır:

1. Universitetdə keçirilən tədbirlər;
2. Xarici səfərlər və qəbul edilmiş xarici qonaqlar;
3. Rektor, akademik Abel Məhərrəmovun müəllifi olduğu məqalələr;
4. Müsahibələri;
5. Açıqlamaları;
6. Rektor haqqında yazılmış materiallar.


UNİVERSİTETDƏ KEÇİRİLƏN TƏDBİRLƏR

Qeyd etdiyimiz kimi, ötən il universitetdə 50-dən çox tədbir keçirilib. 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən müxtəlif tədbirlər - idman yarışları və qaliblərin mükafatlandırılması, ulu öndərin anım mərasimi, Bakı Dövlət Universitetinin sabiq rektorları, görkəmli alim və ictimai xadimlər - Abdulla Qarayev, Cəfər Xəndan və Şəfaət Mehdiyevin 100 illik yubileyləri, xalq şairi Bəxtiyar Vahabzadənin 85, AMEA-nın müxbir üzvü, professor Yəhya Məmmədovun 80 və Şərqşünasılq fakültəsinin professoru Şulan Şirəliyevin 75 illik yubileylərinin qeyd olunması, akademik Fuad Qasımzadənin son mənzilə yola salınması ötən ilin payında düşən tədbirlərdəndir. 
2010-cu ildə həmçinin Elmi Şuranın iclasları, Novruz bayramı, 31 mart soyqırımı, dövlət imtahanlarının test üsulu ilə keçirilməsi, Məzun günü, Bilik günü, «Gənc istedadlar» liseyinin V sinfinə qəbul, Tədris Elektron Məlumat Mərkəzinin açılışı, «Xaricdə Təhsil Sərgisi», 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının yekun turu, “İlin ən yaxşi tələbəsi” müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbirlər düzənlənib. 
Ötən il Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının 135 illik yubileyi, o cümlədən «Erməni saxtakarlığı və vandalizmi» Azərbaycan jurnalistləri bu barədə nə düşünür?» mövzusunda dəyirmi masalar təşkil olunub, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «Hüquq elminin müasir problemləri» mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilib. 
Türk PA tərəfindən təşkil olunan "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası", 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü, İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp”, “Ekoloji problemlər: yaranma səbəbləri və həlli yolları», «Orta Ümumtəhsil məktəblərində fənlərin tədrisinin ekoloji aspektləri” mövzusunda da elmi-praktik konfranslar təşkil olunub, Tələbə Gənclər Təşkilatının III konfransı, Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransı keçirilib. 
BDU-da keçirilən tədbirlərdən əlavə rektor, akademik Abel Məhərrəmov ali məktəblərin yubileylərində, Akademiyanın yığıncaqlarında, elmi-praktik və beynəlxalq konfranslarda, kitab sərgilərinin, təqdimat mərasimlərinin, tanınmış alimlərin yubileylərində də iştirak edib. 
Universitetdə keçirilmiş bu tədbirlərə ölkə mediası böyük maraq göstərib. Tədbirlərdən hazırlanmış materiallar yerli və xarici informasiya agentliklərində, xəbər portallarında, rəsmi və müstəqil qəzetlərdə ətraflı şəkildə işıqlandırılıb.  


XARİCİ SƏFƏRLƏR VƏ QƏBUL EDİLMİŞ XARİCİ QONAQLAR

2010-cu ildə akademik Abel Məhərrəmov 4 ölkəyə – Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Koreya Respublikalarına səfər edib, bununla bağlı mətbuatda müxtəlif səpgili məlumatlar dərc edilib.  
Rektor həmçinin ötən ildə 50-dək xarici qonaq qəbul edib. Qəbul etdiyi qonaqlar arasında səfirlər, ali məktəb rektorları, tanınmış professorlar, elm və təhsil xadimləri olub.  
Görüşlərin nəticəsi olaraq əməkdaşlıq və çərçivə müqavilələri, memorandumlar imzalanıb. Belə ki, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Doğu Akdəniz Universiteti və Belarus Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi, Türkiyənin Okan Universiteti ilə çərçivə müqaviləsi, Yıldız Texnik Universiteti, Stavropol Dövlət Universiteti və Polşa Dövlət Vrotslav Universiteti ilə əməkdaşlıq protokolu, Amerika Birləşmiş Ştatlarının Edinboro Universiteti, Yaponiyanın Doşisa Universiteti, Moskva Fizika-Texniki İnstitutu ilə memorandum imzalanıb, MDU-nun nəzdində fəaliyyət göstərən Asiya və Afrika ölkələri İnstitutunun direktoru ilə həmin İnstitutda Azərbaycan dili kabinetinin açılması, Avropa Komissiyasının Beynəlxalq Təhsil Mərkəzinin nümayəndə heyəti ilə Boloniya prosesinin Azərbaycanın təhsil sistemində həyata keçirilməsi mexanizmləri müzakirə edilib. 
Ötən il Rusiya prezidenti Dmitri Medvedev və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya Bakı Dövlət Universitetinin fəxri doktorları adı verilib, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycan dilində çapdan çıxan «Yüksək mənəviyyat – yenilməz güc» adlı kitabının təqdimat mərasimi keçirilib. 
2010-cu ildə BDU rektoru ölkəmizdə fəaliyyət göstərən bir çox diplomatik korpusun rəhbərlərini qəbul edib. Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ciha, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Hulusi Kılıc, Türkmənistan Respublikasının ölkəmizdəki səfiri Annamamed Mamedov, Çexiya Respublikasının ölkəmizdəki səfiri Radek Matula, İran İslam Respublikasının ölkəmizdəki səfiri Məmmədbağır Bəhrami, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Yannyan, Yaponiyanın ölkəmizdəki səfiri Şusuki Vatanabeni, Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Saber Abdelkader Mansur rektor tərəfindən qəbul edilib. 
Ötən il Küveyt Dövləti Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Qəzzafın və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının Prezidenti Arxiyepiskop Canfranko Ravazinin başçılıq etdikləri nümayəndə heyəti BDU-da olub. Universitetdə Rusiya Federasiyası Tələbə-Gənclərinin nümayəndə heyəti ilə görüş keçirilib. 
Eyni zamanda universitetdə MDB-nin Humanitar Universitetləri Rektorlarının və Humanitar Fakültə Dekanlarının Forumu öz işinə başlayıb, Latviya Respublikasının Təhsil və Elm naziri xanım Tatyana Kokenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Latviya təhsil forumu keçirilib.
British Counsilin rəhbəri Paul Klementon, Dünya Bankının Elm, Texnologiya və İnnovasiya üzrə mütəxəssisi, İnnovos Şirkətlər Qrupunun prezidenti Karlos Sezar Yammal, Beynəlxalq Materialşünaslıq Cəmiyyətinin (MSI) koordinatoru professor Günter Effenberg də 2010-cu ildə rektor tərəfindən qəbul ediliblər. 
Ötən il Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi anılıb, Çanaqqala şəhidləri ilə bağlı tədbir keçirilib, böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib.
BDU-nun beynəlxalq əlaqələri, xarici səfərlər və xarici qonaqlarla keçirilən görüşlərə ölkə mediası böyük diqqət ayırıb. Bununla bağlı hazırlanmış materiallar yerli və xarici informasiya agentliklərində, xəbər portallarında, rəsmi və müstəqil qəzetlərdə işıq üzü görüb. 


REKTOR, AKADEMİK ABEL MƏHƏRRƏMOVUN MÜƏLLİFİ OLDUĞU MƏQALƏLƏR

Ötən il BDU-nun rektoru, akademik Abel Məhərrəmovun «Azərbaycan» qəzetində müxtəlif mövzularla bağlı 9 məqaləsi işıq üzü görüb. Rektorun məqalələrinin bir qismi ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dövləti və dövlətçiliyinin daha da inkişafı istiqamətində gördükləri işlərə, həyata keçirdikləri islahatlara, təhsil və elm sahəsində xidmətlərinə həsr edilib.
Məqalələrin bir hissəsi isə Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu, Qondarma "erməni soyqırımı", Humanitar elmlərin inkişaf strategiyası, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: Absurd teatrı mövsümü" əsəri ilə bağlı qələmə alınıb. 
Ötən il BDU-nun sabiq rektoru, akademik Şəfaət Mehdiyevin 100, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun isə 80 illik yubileyləri ərəfəsində rektorun görkəmli alim və ictimai xadimlərlə bağlı yazıları işıq üzü görüb. 

MÜSAHİBƏLƏRİ

Rektordan götürülmüş müsahibələr də müxtəlif informasiya agentlikləri, xəbər portalları və qəzetlərin əsas yazıları arasında olub. Müsahibələrdə Boloniya prosesinin tətbiqi, distant təhsil, universitetdə həyata keçirilən müxtəlif qrant və proqramlara rektorun münasibəti öyrənilib. 


REKTOR HAQQINDA YAZILMIŞ MATERİALLAR


2010-cu ildə rektor, akademik Abel Məhərrəmov haqqında 25 məqalə qələmə alınıb. Materiallarda BDU-nun inkişaf tempindən, təhsil və elmdə əldə olunan uğurlardan yazılıb, rektorun universitet həyatında oynadığı roldan, görkəmli alim, ictimai xadim, nüfuzlu ziyalı və millət vəkili kimi fəaliyyətindən bəhs edilib, portret cizgiləri açılıb. 


NƏTİCƏ

Qeyd etdiyimiz kimi, Bakı Dövlət Universiteti ilə ölkə mediası arasında uğurlu münasibət qurulub. 2010-cu ilin mətbu materiallarının tədqiqi zamanı məlum olub ki, ötən il mətbuatda dərc edilən məlumatlarımızın ümumi sayı 792-dir. 
Konkret isə 2010-cu ildə universitet həyatını ən çox işıqlandıran KİV ardıcıllığı belədir:


AzərTAc - 70 dəfə 
APA - 62
Azadinform - 55
Trend - 50
Modern.az - 43
SİA - 35
Lent.az - 33
Riyad Media - 22
Qafqazinfo.az - 12
Media forum - 5
MİA - 5
Milli.az - 4 
Azxeber.com - 4


Rusdilli saytlar:

1News - 24
Vesti.az-da - 21
News 24.az - 20
Salam.news.org - 18
Aze.az - 15
Bakılılar.az - 10 
Azeri Today.com - 5 
Day.az - 5
News.rambler.ru - 4
Mail.ru - 4
Novosti Azerbaijan - 4
News.xazar.com - 4

Qəzetlər:

«Yeni Azərbaycan» - 48
«Xalq qəzeti» - 45
«Azərbaycan» - 33
«Azərbaycan müəllimi» - 30
«525-ci qəzet» - 17
«İki sahil» qəzeti - 17
«Ekspress” qəzeti - 13
«Respublika» qəzeti - 10
«Üç nöqtə» - 7
«Şərq» qəzeti - 6
«Bakı xəbər» - 5
«Xalq Cəbhəsi»- 3 
«Yeni Müsavat» - 2
«Bizim yol» - 2
«Bizim dövr» - 1 
«Mərkəz» - 1

Rus dilində:

«Komsomolskaya pravda» - 7
«Nedelya» - 5
«Exo» - 6

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!