Azərbaycan Respublikası

Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

ƏMR

16.01.11 R-03

Bakı şəhəri

Məzmunu: Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması haqqında

Müasır elmi-texniki tərəqqi dövründə cəmiyyətin sürətli inkişafı bir çox ekoloji probləmlərin həllini tələb etdiyi üçün dövlət səviyyəsində ekologiyaya xüsusi diqqət yetirilir. Məhz bu baxımdan ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2010-ci il Ekologiya İli elan edilmişdir. Ötən il bütün dünyada, o cümlədən ölkəmizdə ekologiya sahəsində baş verən hadisələr bir daha ğöstərdi ki, insanla ətraf mühit arasındaki münasibətləri nizama salmaq üçün ekoloji tərbiyə, ekoloji təhsil və ekoloji təffəkür məsələlərinin həlli hazırda həmişəkindən daha kəskin şəkildə qarşıda durmuşdur. Bu baximdan yüksək səviyyəli ekolog mütəxəssislərinin hazırlanmasına böyük zərurət vardır.

Azərbaycanın elm və təhsil ocağı olan Bakı Dövlət
Universitetinin kadr potensialı, maddi-texniki bazası və ayrı-ayrı fakültələrdə bu ixtisas üzrə təhsil alan tələbələrin sayı universitetimizdə müstəqil Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılmasına imkan verir.
Yuxarıda yazılanları, eləcədə BDU Elmi Şuranın 2010-ci il tarixli 15 saylı iclasının qərarını əsas tutaraq


ƏMR EDİRƏM

Ekoloji kimya, Ətraf mühitin mühafizəsi, Onurğalılar zoologiyası və bioekologiya və Torpaqşünaslıq kafedralarının bazası əsasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradılsın.

  1. Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı vəzifəsinin icrası ğələjəkdə seçki keçirilməklə müvvəqəti olaraq kimya fakültəsinin dekan müavini dosent N.T.Şamilova həvalə edilsin. Dosent N.T.Şamilova tapşırılsın ki, dekanlığın strukturu və ştat potensialı haqqında müvafiq təklif versin.
  2. Yeni yaradılmış fakültədə bakalavr pilləsi üzrə 3 ixtisas: “ekologiya”, “torpaqşünaslıq və agrokimya” və “yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları, magistraturada isə müvafiq ixtisaslaşmalar üzrə kadr hazırlığı həyata keçirilsin.
  3. Ekologiya və torpaqşünaslıq fakültəsinin strukturu dekanlıq və aşağıdakı kafedralardan təşkil edilsin.

- Ekoloji kimya

- Ətraf mühitin mühafizəsi

- Bioekologiya

- Torpaqşünaslıq

Yeni yaradılmış kafedraların kadr potensialının tərkibi kadrların profilinə və müəllimlərin elmi istiqamətinə uyğun olaraq formalaşdırılsın.

  1. Tədris hissəsinin rəisi dosent İ.H.İbadova tapşırılsın ki, yeni yaradılmış kafedraların tədris yükünün əsasnaməyə uyğun müvafiq bölğüsünü təşkil etsin.
  2. BDU tədris-metodiki şurasının sədri professor V.M.Babazadəyə tapşırılsın ki, yeni yaradılmış kafedralarda müvafiq ixtisaslar üzrə dərslik, dərs və tədris-metodiki vəsaitlərin və fənn programlarının mövcudluğuna nəzarət etrsin.
  3. İnzibati-təsərrüfat işləri üzrə prorektor N.Ə.Ramazanlıya  tapşırılsın ki, Ekologiya və torpaqşünaslıq fakültəsi dekanlığının və onun strukturuna daxil olan kafedraların yerləşdirilməsinin və zəruri maddi-texniki təminatını təşkil etsin.
  4. Tədris işləri üzrə prorektor professor V.Ə.Əfəndiyevə tapşırılsın ki, 16 fevral 2011-ci il tarixinədək Ekologiya və torpaqşünaslıq fakültəsinə aid olan ixtisaslarin tədris planlarının tərtibini və təsdiqini təmin etsin.

10.Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektor professor V.Ə.Əfəndiyevə həvalə edilsin.

ƏSAS: Rektop və tədris işləri üzrə prorektorun dərkənarları ilə BDU Elmi Şurasının 20.XI.2010-cu il tarixli 15 saylı iclasının protokolundan çıxarış.

 

REKTOR:  akademik A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!