Azərbaycan Respublikası

Təhsil Nazirliyi

BAKI DÖVLƏT UNİVERSİTETİ

Ə M R

11.11.10 R-74

Bakı şəhəri

Məzmunu: Elmi konfransın və yubiley tədbiri

keçirilməsi haqqında

Görkəmli Azərbaycan alimi və ictimai xadim, BDU-nun sabiq rektoru, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyini yüksək səviyyədə qeyd etmək məqsədi ilə


ƏMR EDİRƏM

I. Görkəmli Azərbaycan alimi və ictimai xadim, BDU-nun sabiq rektoru, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyini yüksək səviyyədə keçirilməsi üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:

1.akad.A.M.Məhərrəmov - rektor, sədr

prof.İ.Ə.Əliyev-elmi işlər üzrə prorektor, sədr müavini

prof.V.Ə.Əfəndiyev - tədris işləri üzrə prorektor, sədr müavini

dos.E.B.Hüseynov-beynəlxalq əlaqələr üzrə prorektor, sədr müavini

prof.M.Ş.Babayev - qiyabi və əlavə təhsil üzrə prorektor,sədr müavini

prof.V.R.İbrahimov-humanitar məsələlər üzrə prorektor, sədr müavini

dos.A.İ.Xasayev-Geologiya fakültəsinin dekanı, sədr müavini

b/m.Ş.R.Balammədov-dekan müavini, məsul katib

dos. F.A.Şiriyev-HİK-nin sədri, üzv

prof. İ.N.Əliyeva- ETH-nin rəisi, üzv

dos. A.O.Məmmədova- MD şöbəsinin müdiri, üzv

AMEA-nın müxbir  üzvü,prof.V.M.Babazadə-kafedra müdiri,-üzv

prof.S.S.Səmədov-kafedra müdiri, üzv

prof.M.İ.Çıraqov-kafedra müdiri,üzv

dos.Ə.Q.Novruzov-kafedra müdiri, üzv

dos.B.H.Qələndərov-kafedra müdiri əvəzi, üzv

II. Akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş aşağıdakı tədbirlər həyata keçirilsin:

21-22 dekabr 2010-cu il tarixlərində akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilsin;

  1. Konfransın proqramı və materialları çap edilsin;
  2. Geologiya fakültəsinin auditoriyalarından birinə akademik Şəfaət Fərhad oğlu Mehdiyevin adı verilsin və xatirə lövhəsi vurulsun;
  3. BDU-nun tanınmış görkəmli alimlərinin akademik Şəfaət Fərhad oğlu Mehdiyevin həyat və yaradıcılığına həsr olunmuş yazıları “Bakı Universitetinin Xəbərləri” jurnalının Təbiət elmləri seriyasında, “Bakı Universiteti” qəzetində və gündəlik mətbuat səhifələrində dərc edilsin.

ƏSAS:  Rektorun və Elmi işlər üzrə prorektorun dərkənarları  ilə

Geologiya  fakültəsi  dekanının təqdimatı.

REKTOR: akademik A.M.MƏHƏRRƏMOV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!